İdman
Arif Əsədov “Neftçi”dən qovuldu
Azərbaycan Kubokunun finalı çərçivəsində baş tutmuş “Qarabağ” – “Neftçi” matçından dərhal sonra “Neftçi” PFK-nın Müşahidə Şurasının iclası keçirilib.
Apasport.az-ın məlumatına görə, Müşahidə Şurasının sədri Çingiz
Abdullayevin rəhbərliyi ilə baş tutmuş toplantıda şura üzvləri –
Cəbrayıl Cəbrayılov, Səməd Qurbanov, Mübariz Zeynalov, Bəhram
Bağırzadə, klubun icraçı direktoru Elnur Məmmədov, idman direktoru
Vəli Qasımov və icraçı direktorun müavini Mübariz Xudiyev iştirak
ediblər.
Toplantıda qəbul edilmiş qərara əsasən “Neftçi” futbol komandasının
baş məşqçisi Arif Əsədovla və məşqçilər korpusu ilə yollar
ayrılıb.
Əsas komandanın baş məşqçisi vəzifəsi müvəqqəti olaraq Samir
Əliyevə həvalə edilib.
Məlumat üçün bildirək ki, Samir Əliyev bu mövsüm “Neftçi” PFK-nın
əvəzedici heyəti ilə ölkə çempionatının bürünc medallarını
qazanıb.
Peşəkar futbolçu karyerası ərzində 31 dəfə əsas milli komandanın
heyətində meydana çıxmış Samir Əliyev 112 oyunda “Neftçi”nin
formasını geyinib. Ukrayna və Rusiyada legioner həyatı yaşamış
hücumçu “Volın” və “Uralan” klublarında da çıxış edib.
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər