Barışdılar? - “Azadlıq adası”ndakı tarixi oyundan FOTOLAR
Bizi izləyin

İdman

Barışdılar? - “Azadlıq adası”ndakı tarixi oyundan FOTOLAR

“Azadlıq adası” hesab edilən Kubada tarixi futbol matçı keçirilib.

Publika.az xəbər verir ki, son 37 ildə ilk dəfə Kubaya ABŞ-dan peşəkar futbol komandası gəlib. “Nyu-York Kosmos” Kuba yığması ilə yoldaşlıq oyunu keçirib. Bu qarşılaşma Kuba ilə ABŞ arasındakı soyuq münasibətlərin başa çatmasına həsr olunub. Sonuncu dəfə Kubaya səfər edən komanda 1978-ci ildə “Çikaqo Stinq” olmuşdu. Həmin komanda artıq fəaliyyət göstərmir.

Bu tarixi görüşdə iştirak etmək üçün Braziliya futbolunun əfsanəsi Pele də Kubaya təşrif buyurmuşdu. Pele vaxtilə “Nyu-York Kosmos”un şərəfini qoruyub.

Oyun 4:1 hesabı ilə ABŞ komandasının xeyrinə başa çatıb. “Nyu-York Kosmos”un heyətində “Real”ın keçmiş hücumçusu Raul da olub.

Futbolçular bu tarixi oyun ərəfəsində yaxşı əyləniblər. Ulduzlar indi az qala yalnız Kubada varlığını qoruyan motosiklet sürüblər. Güclü yağış yağmasına baxmayaraq, oyunu izləmək üçün stadiona 18 min azarkeş gəlib.

Maraqlıdır ki, hesab dəyişərkən tablodakı rəqəmlər ötən əsrin 30-40-cı illərində olduğu kimi əvəzlənib. Tarixi oyundan çəkilmiş maraqlı fotoları təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm