Avropa Liqası: “Neftçi”, “İnter” və “Qəbələ” rəqiblərini tanıdı - YENİLƏNİR
Bizi izləyin

İdman

Avropa Liqası: “Neftçi”, “İnter” və “Qəbələ” rəqiblərini tanıdı - YENİLƏNİR

Bu gün Avropa Liqasının 2015/16 mövsümünün I və II təsnifat mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərində keçirilən tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayıb.

Avropa Liqası

I təsnifat mərhələsi

2 iyul/9 iyul

“Dinamo” (Tiflis, Gürcüstan) - “QƏBƏLƏ” (AZƏRBAYCAN)

“Laçi” (Albaniya) – “İNTER” (AZƏRBAYCAN)

“Mladost” (Monteneqro) – “NEFTÇİ” (AZƏRBAYCAN)

“Vikinqur” (İslandiya) - “Koper” (Sloveniya)

“Nyutaun” (Uels) - “Valletta” (Malta)

“Qlentoran” (Şimali İrlandiya) - “Şaxtyor” (Belarus)

“Runavik” (Farer adaları) - “Linfild” (Şimali İrlandiya)

“Atlantas (Litva) - “Beroe” (Bolqarıstan)

“Spartak” (Latviya) - “Buduçnost” (Monteneqro)

“Lusitanos” (Andorra) - “Vest Hem” (İngiltərə)

“Kork Siti” (İrlandiya) - “Reykyavik” (İslandiya)

“Diffeerdanj” (Lüksemburq) - “Bala Taun” (Uels)

“Şkendiya” (Makedoniya) - “Aberdin” (Şotlandiya)

“Skonto” (Latviya) - “Sent-Patriks” (İrlandiya)

“Alaskert” (Ermənistan) - “Sent-Conston” (Şotlandiya)

“Qlenavons” (Şimali İrlandiya) - “Jilina” (Slovakiya)

“Srvena Zvezda” (Serbiya) - “Kayrat” (Qazaxıstan)

“Renova” (Makedoniya) - “Daçiya” (Moldova)

“Vikinqur” (Farer adaları) - “Rusenborq” (Norveç)

“Ordabası” (Qazaxıstan) - “Beytar” (İsrail)

“Proqres” (Lüksemburq)- “Şemrok Rovers” (İrlandiya)

“Flora” (Estoniya) - “Rabotniçki” (Makedoniya)

“Kukesi” (Albaniya) - “Torpedo” (Belarus)

“Trakai” (Litva) - “HB Torshavn” (Farer adaları)

“Dinamo” (Batumi, Gürcüstan) - “Omoniya” (Kipr)

“Debretsen” (Macarıstan) - “Sutyeska” (Monteneqro)

“Qo Ehed İqls” (Hollandiya) - “Ferensvaroş” (Macarıstan)

“Aktobe” (Qazaxıstan) - “Kalyu” (Estoniya)

“Brondbü” (Danimarka) - “Yuvenes” (San-Marino)

“Domjale” (Sloveniya) - “Çukariçki” (Serbiya)

“Şerif” (Moldova) - “Odd Qrenland” (Norveç)

“Baltsan” (Malta) - “Jelezniçar” (Bosniya və Herseqovina)

“Kruoja” (Litva) - “Yagelloniya” (Polşa)

“Sent Culiya” (Andorra) - “Randers” (Danimarka)

“La Fiorita” (San-Marino) - “Vaduts” (Lixtenşteyn)

“Kollec” (Cəbəllütariq) - “Slovan” (Slovakiya)

“Partizani” (Albaniya) - “Stromsqodset” (Norveç)

“Lahti” (Finlandiya) - “Elfsborq” (İsveç)

“Vaasa” (Finlandiya) - AİK (İsveç)

SJK (Finlandiya) - “Hafnarfyordur” (İslandiya)

“Kalev” (Estoniya) - “Hayduk” (Xorvatiya)

“Airbus” (Uels) - “Lokomotiv” (Xorvatiya)

“Saksan” (Moldova) - “Apollon” (Kipr)

“Yelqava” (Latviya) - “Liteks” (Bolqarıstan)

“Şirak” (Ermənistan) - “Zrinski” (Bosniya və Herseqovina)

“Selye” (Sloveniya) - “Şlensk” (Polşa)

“Birkirkara” (Malta) - “Uliss” (Ermənistan)

“Botosani” (Rumıniya) - “Spartak” (Sxinvali, Gürcüstan)

UCD (İrlandiya) - “Düdelanj” (Lüksemburq)

“Voyvodina” (Serbiya) - MTK (Macarıstan)

Avropa Liqası, II təsnifat mərhələsi

16 iyul/23 iyul

“Kukesi” (Albaniya)/“Torpedo” (Belarus) - “Mladost” (Monteneqro)/“NEFTÇİ” (AZƏRBAYCAN)

SJK (Finlandiya)/“Hafnarfyordur” (İslandiya) - “Laçi” (Albaniya)/“İnter” (AZƏRBAYCAN)

“Domjale” (Sloveniya)/“Çukariçki” (Serbiya) - “Dinamo” (Tiflis, Gürcüstan)/“Qəbələ” (AZƏRBAYCAN)

14:52

Bu gün Avropa Liqasının 2015/16 mövsümünün I və II təsnifat mərhələsinin püşkü atılacaq.

Publika.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Əvvəl Azərbaycanın 3 təmsilçisinin qatılacağı I təsnifat mərhələsinin cütləri müəyyənləşəcək. Bu raundda çıxış edən 102 komanda 51 cüt təşkil edəcək.

Püşk öncəsi klublar iki səbətə bölünüb. Azərbaycan klublarından ikisi səpələnmişlər arasındadır.

Bunlar paytaxt təmsilçiləri “Neftçi” və “İnter”dir. Güclülərin yer aldığı səbətdə qərarlaşmaları klublarımıza nisbətən münasib rəqibin düşməsinə şərait yaradır. Premyer Liqanın bürünc mükafatçısı “Qəbələ” isə səpələnməmişlər səbətində yer alıb.

II təsnifat mərhələsinin püşkatmasında 51 cüt və birbaşa mübarizəyə qoşulacaq 15 klub iştirak edəcək. “Neftçi”nin təşkil etdiyi cüt burada da səpələnmişlərdən olacaq. Digər iki klubumuz isə mərhələ adlasa, güclülərin yer aldığı səbətdəki komandalardan biri ilə görüşəcək.

Avropa Liqası

I təsnifat mərhələsi

Səpələnmişlər

“Vest Hem” (İngiltərə), “Brondbü”, “Randers” (hər ikisi Danimarka), “Debretsen” (Macarıstan), “Beytar” (İsrail), “Vaduts” (Lixtenşteyn), “Domjale” (Sloveniya), “Buduçnost” (Monteneqro), “Koper” (Sloveniya), “Slovan”, “Jilina”, “Spartak” (hamısı Slovakiya), “Şerif”, “Daçiya” (hər ikisi Moldova), “Rusenborq”, “Stromsqodset” (hər ikisi Norveç), “Elfsborq”, AİK (hər ikisi İsveç), “NEFTÇİ”, “İNTER” (hər ikisi AZƏRBAYCAN), “Aktobe” (Qazaxıstan), “Qou Ehed İqlz” (Hollandiya), “Srvena Zvezda”, “Voyvodina” (hər ikisi Serbiya), “Reykyavik”, “Hafnarfyordur” (hər ikisi İslandiya), “Şemrok Rovers”, “Sent-Patriks” (hər ikisi İrlandiya), “Düdelanj”, “Differdanj” (hər ikisi Lüksemburq), “Linfild” (Şimali İrlandiya), “Valletta”, “Birkirkara” (hər ikisi Malta), “Rabotniçki” (Makedoniya), “Torpedo”, “Şaxtyor” (hər ikisi Belarus), “Aberdin”, “Sent-Conston” (hər ikisi Şotlandiya), “HB Torshavn” (Farer adaları), “Hayduk”, “Lokomotiv” (hər ikisi Xorvatiya), “Apollon”, “Omoniya” (hər ikisi Kipr), “Dinamo” (Tiflis, Gürcüstan), “Botoşani” (Rumıniya), “Liteks”, “Beroe” (hər ikisi Bolqarıstan), “Jelezniçar”, “Zrinski” (hər ikisi Bosniya və Herseqovina), “Şlensk”, “Yagelloniya” (hər ikisi Polşa).

Səpələnməmişlər

“Renova”, “Şkendiya” (hər ikisi Makedoniya), “Selye” (Sloveniya), “Mladost”, “Sutyeska” (hər ikisi Monteneqro), Ferensvaroş”, MTK (hər ikisi Macarıstan), “Skonto”, “Yelqava”, “Spartak” (hamısı Latviya), “Vikinqur” (İslandiya), “Odd Qrenland” (Norveç), “Kukesi”, “Laçi”, “Partizani” (hamısı Albaniya), “QƏBƏLƏ” (AZƏRBAYCAN), “Ordabası”, “Kayrat” (hər ikisi Qazaxıstan), “Saxan Qaqauz Yeri” (Moldova), “Şirak”, “Uliss”, “Alaskert” (hamısı Ermənistan), “Qlentoran”, “Qlenavons” (hər ikisi Şimali İrlandiya), “Vaasa”, SJK, “Lahti” (hamısı Finlandiya), “Kalev”, “Kalyu”, “Flora” (hamısı Estoniya), “Sent Culiya”, “Lusitanos” (hər ikisi Andorra), “Vikinqur”, “Runavik” (hər ikisi Farer adaları), “Trakai”, “Kruoja”, “Atlantas (hamısı Litva), “Kork Siti”, UCD (hər ikisi İrlandiya), “Airbus”, “Nyutaun”, “Bala Taun” (hamısı Uels), “Baltsan” (Malta), “Çukariçki” (Serbiya), “Dinamo” (Batumi), “Spartak S” (hər ikisi Gürcüstan), “Yuvenes”, “La Fiorita” (hər ikisi San-Marino), “Proqres” (Lüksemburq), “Olimpik” (Bosniya və Herseqovina), “Kollec” (Cəbəllütariq).

II təsnifat mərhələsi

Səpələnmişlər

“Kopenhagen” (Danimarka), PAOK (Yunanıstan), “Trabzonspor” (Türkiyə), “Legiya” (Polşa), “Riyeka” (Xorvatiya), “Tyun” (İsveçrə), “Astra” (Rumıniya), “Dinamo” (Belarus), “Mlada Boleslav” (Çexiya), “Şarlerua” (Belçika), I təsnifat mərhələsinin 23 qalibi.

Səpələnməmişlər

“Höteborq” (İsveç), “Volfsberger” (Avstriya), “Hapoel”(Beyer-Şeva, İsrail), “İnverness” (Şotlandiya), ”Çerno More” (Bolqarıstan), I təsnifat mərhələsinin 28 qalibi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm