İdman
İlham Zəkiyev: Mən Prezidentə dedim ki...
“Mən ona dedim ki, cənab Prezident əsgər Zəkiyev sizin verdiyiniz döyüş tapşırığını yerinə yetirdi. Və söz vermişdim ki, bu medalı ona Silahlı Qüvvələrn yaranması günü hədiyyə edəcəm. Etdim də”.
Publika.az xəbər verir ki, bunu bu gün Avropa Oyunlarında gözdən
əlil kişi cüdoçular arasında qızıl medal qazanmış paracüdoçumuz, 2
dəfə Paralimpiya Oyunları çempionu, 2 dəfə dünya çempionu, 5 dəfə
Avropa çempionu İlham Zəkiyev təltifetmə zamanı Azərbaycan
Prezidenti İlham Əliyevlə olan qısa dialoqunu açıqlayarkən
deyib.
Çempion qeyd edib ki, o, bu yarışın məsuliyyətini dərk edərək ona çox ciddi hazırlaşıb: “Bu yarışa çox ciddi hazırlaşırdıq. Mənə xəbər veriləndə ki, Avropa Oyunlarında güləşəcəm, bu məsuliyyəti dərk elədim. Mən uzun müddətdir olimpiya yığma komandasına hazırlaşırdım. Bir az xırda zədələr olsa da, Allaha şükür ki, onlar bizə bu yarışda ölkəmizi layiqincə təmsil etməyə mane olmadı. Bütün Azərbaycan məndən bu qızılı gözləyirdi”.
Avropa Oyunlarının qalibi qazandığı medalı dövlət başçısı, Azərbaycan xalqı və bu gün doğum günü olan oğluna hədiyyə etdiyini açıqladı: “Bu il Avropa Oyunları tarixi bir hadisə idi. Prezident İlham Əliyev və birinci xanım mehriban Əliyeva tərəfindən mənə iki missiya tapşırılmışdı. Birincisi Oyunların açılış mərasimində məşəli alovlandırmaq və yarışda Azərbaycanı təmsil etmək. Mən Atəşgahda məşəli yandıranda cənab prezidentə dedim ki, ayın 26-sı güləşəcəm. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranması günüdür. Söz vermişdim ki, Ali Baş Komandanımıza medal hədiyyə edim. Həmd olsun Allahın böyüklüyünə ki, bunun öhdəsindən gəldim. Bu medalı mən cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevə və bütün xalqımıza həsr edirəm. Allah hamının balasını saxlasın. Bu gün bizim Həmzə balamızın da 2 yaşı tamam oldu. Atası tərəfindən ona da bu medal ən böyük hədiyyə olar”.
Paracüdoçumuz finalda qarşılaşdığı rəqibi barəsində də maraqlı
hadisə danışıb: “Final döyüşündəki rəqibi ilə 2 il əvvəl Avropa
çempionatında komanda yarışında qarşılaşıb. Hesab 2:2 olan zaman
onunla üz-üzə gəlib və onu məğlub edərək komandamıza qələbə
qazandırıb: “O mənə dedi ki, mən məşq edəcəm və səni udacam. Mən də
dedim ki, get, məşq elə, baxarıq. Dünən tərəziyə, çəkiyə çıxanda
mən onun qolundan tutdum, qolunu yoxladım. Dedim məni udmaq
istəyirsən? O da gülərək dedi ki, İlham səni udmaq olar? Nəhayət,
finalda da ki, mən nəticəni göstərdim”.
İlham Zəkiyev xarici KİV-lərdə özü haqqında yer alan məqalələrdə onun Qarabağ döyüşlərində iştirak etməsi və məhz bu zaman yaralanmasının yer almasına da münasibət bildirib: “Mən utanmıram yaralanmağımdan. Mən gözlərimin nurunu, əsgərlikdə olarkən, döyüş tapşırığını yerinə yetirərkən, Azərbaycan torpaqlarının müdafiəsi uğrunda itirmişəm. Hər yerdə də məndən soruşanda ki, zədəni harda almısan, mən fəxrlə deyirəm ki, Azərbaycan torpaqlarının müdafiəsi uğrunda düşmən gülləsinə tuş gəlmişəm və görmə qabiliyyətimi itirmişəm. Mən bundan utanmıram. Bizim xalqımız mübariz xalqdır. Şükür olsun ki, biz bunu bir daha sübut etdik”.
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?