Çempionlar Liqası: 1-ci mərhələnin qalibləri bu gün bilinəcək
Bizi izləyin

İdman

Çempionlar Liqası: 1-ci mərhələnin qalibləri bu gün bilinəcək

Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulacaq.

Publika.az xəbər verir ki, San-Marino "Folqore"si evdə Ermənistan "Pünik"ini qəbul edəcək. İlk oyun "Pünik"in 2:1 hesablı qələbəsiylə başa çatmışdı.

Andorra "Santa Koloma"sı evdə Cəbəllütariq "Linkoln"unu qəbul edəcək. Bu komandalar arasında keçirilmiş ilk oyunda hesab açılmamışdı.

Şimali İrlandiya "Kruzeyders"iylə Estoniyanın "Levadiya" klubları isə "sülh"lə bitən ilk oyundan sonra Tallində münasibətlərinə aydınlıq gətirəcəklər.

Səfərdə Farer adalarının "B-36 Torshavn" klubunu məğlub edən (2:1) Uels "Nyu-Sents"i evdə bu üstünlüyünü qoruyub saxlamağa çalışacaq.

Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi

7 iyul

21:00 Levadiya (Estoniya) - Kruzaders (Şimali İrlandiya) (ilk oyun 0:0)

23:00 Santa Koloma (Andorra) - Linkoln (Cəbəllütariq) (0:0)

23:00 Nyu-Sents (Uels) - B-36 Torshavn (Farer adaları) (2:1)

23:30 Folqore (San-Marino) - Pünik (Ermənistan) (1:2)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm