Azərbaycanın ən qalmaqallı verilişi niyə bağlandı? (YENİLƏNDİ)
Bizi izləyin

İKT

Azərbaycanın ən qalmaqallı verilişi niyə bağlandı? (YENİLƏNDİ)

Proqrama MTRŞ tərəfindən xəbərdarlıq olunmuşdu.

ARB TV-nin media departamentinin rəsmisi Toğrul Cəfər "Ferma" verilişinin bağlanması xəbəri ilə bağlı açıqlama verib:

"Ferma" verilişinin yayımı telekanal rəhbərliyinin qərarı ilə dayandırılıb. Bu ani qərarın səbəbi ilə bağlı bizdə yetərli məlumat yoxdur. Bu gün efirimizdə verilişin son buraxılışı yayımlanacaq. Verilişin yerinə hansı layihənin yayımlanacağı və "Ferma"nın gələcək taleyi haqda yaxın günlərdə açıqlama veriləcək". (milli.az)

***

ARB TV-də yayımlanan “Ferma” realiti-şousu bağlanıb.

Bu barədə verilişin aparıcısı Yeganə Cansail sosial şəbəkədə məlumat yayıb.

“Ferma” bağlandı. Bilirəm, sevinənlər çoxdur. Gözlərinin içinə baxanda hiss edirəm. Amma ilk uzunmüddətli aparıcısı olduğum veriliş idi. 3 il əvvəl... Bu qədər tamaşaçı topladıq, bu qədər sevgi... Sizin gözlərinizin içindəki o paxıllıq dolu sevinc bizim tamaşaçıların ürəyinə qurban olsun”, - deyə o yazıb.

Xatırladaq ki, proqrama MTRŞ tərəfindən xəbərdarlıq olunmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm