İKT
Noutbukun ömrünü necə uzatmaq olar? - 9 MƏSLƏHƏT
Bütün noutbuklar 24 saat fasiləsiz işləmək üçün nəzərdə tutulub, lakin əsas şərt təlimata uyğun istifadədir.
Noutbuku düzgün söndürmək - əsas şərtlərdən biridir.
Qeyri-düzgün, qəfil söndürmə noutbukun sərt diskini zədələyə
bilər.
Noutbuku təcili söndürmək lazım gəlibsə belə, növbəti qoşma zamanı
əməliyyat sistemini yoxlanışa vermək məqsədəuyğundur. Bu sistem
səhvləri aradan qaldırmağa və həm əməliyyat sisteminin
(Windows-un), həm də kompyuterin sabit işləməsinə kömək edəcək.
Noutbuk daşınmadığı və daha çox stasionar kompyuter kimi istifadə
olunduğu təqdirdə batareyanı tam yükləmək və daha sonra onu
noutbukdan çıxarmaq lazımdır. Onu ayda bir dəfə noutbuka taxıb
təkrar yükləmək kifayətdir. Bu, noutbuk batareyasının ömrünü
uzatmağa kömək edəcək.
Noutbuku masanın və ya başqa sərt və hamar səthin üzərinə
yerləşdirmək lazımdır. Bu havalandırma sisteminin normal işləməsini
təmin edəcək və laptopun həddən artıq isinməsinin qarşısını alacaq.
Ayrıca noutbuku səthin üzərində elə yerləşdirmək lazımdır ki,
adapterin naqilinə və usb-portlara gələn digər naqillərə təsadüfi
toxunma ehtimalı minimum olsun.
"Yuxu" rejimində olan noutbuku daşımaq məsləhət deyil. Bu, sərt
diskin vaxtından tez sıradan çıxmasına gətirib çıxara bilər.
Noutbuku bir yerdən başqa yerə daşımaq lazım gəldikdə ya onu "işi
bitirmək", ya da "hibernasiya" rejimlərində söndürmək lazımdır.
Zərurət olmadan işlək vəziyyətdə olan noutbukun qapağını örtmək də
məsləhət deyil. Bunu müntəzəm etdikdə noutbukun şleyfi və ya
ilmələri zədələnə bilər.
Noutbuku soyuq otağa gətirərkən ilk öncə 30 dəq gözləmək, otağın
havasını aldıqdan sonra işə qoşmaq lazımdır.
Noutbukun ekranını işlək vəziyyətdə ikən təmizləmək olmaz. Bunun
üçün laptopu söndürmək və adapteri şəbəkədən ayırmaq lazımdır.
Ekranı silmək üçün xovsuz nəm parçadan istifadə edilməlidir.
Təmizləyici mayeni ekranın üzərinə çiləmək olmaz. Oncə parçanı maye
(adi su ilə də olar) isladıb ekranı silmək lazımdır. Bu məqsəd üçün
nəmləndirici salfetlərdən də istifadə etmək olar.
(deyerler.org)
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR