İKT
Bu proqram vay-fay bağlantısını zəiflədir
“Ququl” şirkətinə məxsus bir sıra proqram təminatları, eləcə də “Quql Hom” vay-fay (Wi-Fi) bağlantısının sürətini azaldır.
Publika.az xəbər verir ki, bu barədə “TP-Link” şirkəti məlumat yayıb. Ən çox istifadə edilən modemlərin istehsalçısı olan şirkət, “Archer C1200” marşrutlayıcı istifadəçilərinin şəbəkəyə qoşulma zamanı yaranan problemlərlə bağlı şikayətlərindən sonra bu qənaətə gəlib.
Mühəndislərin fikrinə görə, problem “Android” əməliyyat sisteminin ən son yenilənmələrinə və “Ququl” proqram təminatına əlavə edilən xüsusi “Cast” funksiyası ilə bağlıdır. Belə ki, funksiya “MDNS” paketlərinin müəyyən vaxt intervalı ilə göndərilməsi vasitəsilə “Ququl” şirkətinin “Ququl Hom” kimi məhsulları ilə fasiləsiz əlaqə yaratmağa imkan yaradır.
Belə göndərişlər isə adətən 20 saniyədə bir dəfə baş verir. Lakin bəzən qurğular qısa zaman çərçivəsində yüksək sürətlə çoxsaylı paketlər göndərməyə başlayır ki, bu zaman da mövcud problem yaşanır.
Şirkət nümayəndələri onu da qeyd edir ki, problem təkcə “TP-Link” marşrutlayıcılarına aid deyil. “ASUS”, “Linksys”, “Netgear”, “TP-Link” və “Synology” istifadəçiləri də bağlantıda “Cast” funksiyası ilə əlaqədar nasazlıqların yaşandığını bildirir.
Nasazlıqların aradan qaldırılması üçün istifadəçilər marşrutlayıcını yenidən yükləyə və ya “Android” sistemli qurğuda “Cast” funksiyasını söndürə bilərlər. “Archer C1200” marşrutlayıcı istifadəçiləri də proqram təminatının problemi aradan qaldıran yenilənməsini yükləyə bilərlər.
Könül Cəfərli
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR