Ekopublika.az
Azərbaycanda tikinti işləri azalıb
2015-ci ilin yanvar-iyun aylarında Azərbaycanda tikinti materiallarının istehsalı ilə məşğul olan şirkətlər 234,7 milyon dəyərində məhsul istehsal ediblər ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 19,4 faiz çoxdur.
Publika.az-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) hesabatında deyilir.
Hesabata əsasən, 2015-ci ilin yanvar-iyun aylarında 1,39 milyon ton sement (2014-cü ilin analoji dövrü ilə müqayisədə 0,6 faiz artım), 92,2 min ton tikinti gipsi (1,3 faiz artım), 521,3 min ton hazır beton qarışığı (28,5 faiz azalma), 196,5 min ton asfalt (31,2 faiz artım), 8,4 min kubmetr yığılmış beton tikinti konstruksiyaları (47,2 faiz artım), 6,18 min ton emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatlar (3,5 dəfə artım) istehsal edilib.
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda tikinti işlərinin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 21,53 faiz azalaraq 2,88 milyard manat təşkil edib. Görülmüş tikinti işlərinin ümumi həcmindən 65,5 faizi yeni tikinti, yenidənqurma və genişləndirmə, 16,9 faizi əsaslı təmir, 4,3 faizi cari təmir, 13,3 faizi isə digər inşaat işlərinin payına düşüb.
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ