Lari kəskin ucuzlaşıb
Bizi izləyin

Ekopublika.az

Lari kəskin ucuzlaşıb

Gürcüstanın milli valyutası - lari (GEL) son vaxtlar ucuzlaşmaqda davam edir.

Gürcüstan Milli Bankının müəyyən etdiyi məzənnəyə əsasən avqustun 8-də 1 ABŞ dolları 2.3058 GEL-ə, 1 avro isə 2.5191 GEL-ə dəyişdirilib. Bu, son altı ayda larinin ucuzlaşdığı ən yuxarı göstəricidir.

Azərbaycan manatı da Gürcüstan valyutası ilə müqayisədə mövqeyini bir qədər möhkəmlədib. Avqustun 8-də 1 AZN 2.2076 GEL-ə dəyişdirilib.

Milli valyutanın dəyərini itirməsi ölkədə bəzi məhsulların və istehlak mallarının qiymətinin artmasına səbəb olub. Alkoqollu içkilərin, siqaret və tütün məmulatlarının qiyməti bir qədər artıb.

Ekspertlərin fikrincə, sentyabrdan elektrik enerjisinin, çörəyin qiyməti də artacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm