
2015-ci il iyulun 1-nə əhalinin banklardakı əmanətləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,9 faiz artaraq 7,7 milyard manata çatıb.
Dövlət Statistika Komitəsindən Publika.az-a verilən məlumata görə, onun 71,5 faizini xarici valyutada qoyulmuş əmanətlər təşkil edib. Əmanətlərin 75,5 faizi özəl banklarda yerləşdirilib. Bankların verdikləri kreditlərə gəlincə, 2015-ci il iyul ayının 1-nə kimi olkənin maliyyə-kredit təskilatları huquqi və fiziki səxslərə 20,3 milyard manat ekvivalenti məbləğində kredit ayırıblar. Verilən kreditlərin həcmi 2014-cu il iyul ayının 1-i ilə muqayisədə 21,1 faiz artıb. Onun 78,1 faizi və ya 15,8 milyard manatı uzunmuddətli olub. Kreditlərin 1,3 milyard manatının yaxud 6,6 faizinin odəmə vaxtı keçib.
İqtisadiyyat şöbəsi