Milyarder təklikdən və puldan bezib
Bizi izləyin

Ekopublika.az

Milyarder təklikdən və puldan bezib

Bütün dünyada 100 milyondan çox satılan kompüter oyunu "Minecraft"ın yaradıcısı Marcus Persson milyarder olmaqdan bezib.

Publika.az xəbər verir ki, isveçli milyarder şirkətini keçən il “Microsoft”a 2.5 milyard dollara satıb. Ancaq bunun ona xoşbəxtlik gətirmədiyini deyir.

36 yaşında arvadından boşanan Persson 2012-ci ildə 70 milyon dollara Beverly Hillsdə möhtəşəm bir villa satın alıb. Bir çox məşhurla qonşu olub. Villada xüsusi qaraj düzəltdirən milyarder oraya “Bugatti”dən tutmuş “Rolls Royce”yə qədər bahalı avtomobil kolleksiyası yığıb. Persson bütün bunlara rəğmən, sosial şəbəkələrdə xoşbəxt olmadığını deyir: “Hər şeyə sahib olmağın yaratdığı ən böyük problem bir şeyi əldə etmək üçün səbəbinizin qalmamasıdır. Bu bərabərsizlik üzündən insanlarla ünsiyyətiniz qalmır”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm