• USD 1,7001 -0,01% EUR 2,0000 -0,14%
    • GBP 2,2421 -0,52% RUB 0,0297 0,00%

Problemli kreditlərlə bağlı MÜZAKİRƏ

Problemli kreditlərlə bağlı MÜZAKİRƏ

Azərbaycanda bankların vergi ödənişləri 30 faiz azalıb. Bununla bərabər iqtisadiyyata kredit qoyuluşu da aşağı düşüb.

Publika.az xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu "Bankların çağdaş durumu: müsbət dəyişikliklər üçün nə etməli?" mövzusunda bu gün keçirilən tədbirdə bildirib. O, problemli kreditlərin həcminə, eləcə də bank sektorundakı problemlərə toxunaraq bir sıra təkliflər irəli sürüb. Ekspertin təklifinə əsasən aztəminatlı ailələrin aylıq kredit ödəmələri onların gəlirlərinin 1/3-i səviyyəsində məhdudlaşdırılmalıdır.

O bildirib ki, fiziki şəxslərin iflası haqqında qanun qəbul olunmalıdır: “Həm onların borclarını qaytara bilmədiyi halda həyat şəraiti pisləşməsin, həm də borc bazarında yenidən iştirakına məhdudiyyət yaranmasın. Hüquqi şəxslərin müflisləşməsi haqqında qanun isə təkmilləşdirilməlidir. Qanunvericilikdə müvafiq dəyişikliklər edilməklə kredit ombudsmanının yaradılması və fəaliyyətinə dair hüquqi əsaslar yaradılmalıdır”.

Q.İbadoğlu təklif edib ki, problemli kreditlər agentliyi yaradılmalı və problemli kredit portfelinin satılması üçün qaydalar formalaşdırılmalıdır: "Sığortalanan əmanətlərin dərəcələri manatla 12%-dən 15%-ə, valyutada isə 3%-dən 5%-ə qaldırılmalıdır. Devalvasiya nəticəsində məzənnə fərqindən yaranan itki bank, müştəri və dövlət arasında bərabər paylaşdırılmalıdır. Həmçinin tövsiyə olunur ki, vaxtı keçmiş borcları bağlayan müştərilər əlavə faiz və cərimə ödənişlərindən azad olunsunlar. Eyni zamanda, müştəri borcunu 1,05 manat məzənnə ilə tam bağlayarsa, qalıq məbləğin 20%-i həcmində güzəştin tətbiq olunmasını təklif edirik. Antikollektor şirkətlərinin müştərilərə kömək etməsinə şərait yaradılmalıdır. Bankların kapitallaşma dərəcəsi artırılmalı və Basel III prinsiplərində nəzərdə tutulandan ən azı iki dəfə çox olmalıdır. İş yerini itirdiyinə görə kredit borcunu ödəyə bilməyənlərə kreditin məbləğindən asılı olaraq 1 ildən 3 ilədək əlavə vaxt verilməlidir ki, onlar da iş axtarıb tapandan sonra kreditlərini qaytara bilsinlər. Yüksək riskli kreditlərin verilmə prosesi dayandırılmalıdır və belə hallara yol vermiş bankların itkiləri kompensasiya edilməməlidir. Maliyyə Bazarlarına Nəzarət Palatasına təklif olunur ki, yerli bankların səhmlərinin bir qismi, məsələn, 20%-ə qədəri xarici investorlara satılsın. Xaricdən cəlb olunan kredit faizlərinin maksimumuna hədd qoyulması tövsiyə olunur”.

İqtisadiyyat şöbəsi

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>