Ölkə əhalisi çox yeməyə başlayıb
Bizi izləyin

Ekopublika.az

Ölkə əhalisi çox yeməyə başlayıb

Ölkə əhalisi çox yeməyə başlayıb

Bu ilin birinci rübündə ölkə əhalisinin hər bir nəfərinin gəlirləri 3.2 faiz artaraq 969.2 manata çatıb.

Publika.Az xəbər verir ki, gəlirlərin 70.9 faizi son istehlaka, 8.6 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 18.3 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilib.

Gəlirlərin artmasında məşğul əhalinin əmək haqqının artması mühüm əhəmiyyət kəsb edir. Yanvar-fevral ayları ərzində muzdla işləyənlərin orta aylıq əmək haqqı 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 6.7 faiz artaraq 426.4 manat təşkil edib. Sənaye, tikinti, nəqliyyat və s. sahələrdə işləyənlərin əmək haqqı daha yüksək olub. Yanvar-fevral ayları ərzində sənayedə çalışanların orta aylıq əmək haqqı 652.9 manat, tikinti kompleksində işləyənlərin əmək haqqı 615.1 manat, nəqliyyatda muzdlu işçilərin əmək haqqı 521.8 manat, informasiya və rabitədə çalışanların əmək haqqı 661.1 manat təşkil edib.

Əhalinin gəlirlərinin artması onların ticarət şəbəkəsindən daha çox istehlak malları almasına və xidmətlərdən daha geniş istifadə etməsinə şərait yaradır. Üç ay ərzində əhali istehlak bazarından 5083.7 milyon manatlıq istehlak malları almış və göstərilmiş xidmətlərin müqabilində 1566.2 milyon manat ödənib. 2013-cü ilin yanvar-mart ayları ilə müqayisədə əmtəə dövriyyəsi 9.2 faiz, o cümlədən ərzaq məhsullarının satışı 1.2 faiz, qeyri-ərzaq mallarının satışı 19.9 faiz, pullu xidmətlərin həcmi 7.0 faiz artıb.

2014-cü ilin birinci rübündə elektron ticarət vasitəsilə alıcılara 626.0 min manatlıq qeyri-ərzaq malları və 57.7 min manatlıq ərzaq məhsulları satılıb.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm