Ekopublika.az
Azərbaycan-Belçika investisiya memorandumu imzalandı
Bu gün Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Belçika biznes forumu keçirilib.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata
görə, tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, kənd
təsərrüfatı, konsaltinq, qida, sənaye, energetika və digər
sahələrdə fəaliyyət göstərən 50-dən çox iş adamı iştirak edib.
Qonaqları salamlayan AZPROMO-nun vitse-prezidenti Vidadi Quliyev
tədbir iştirakçılarına Azərbaycan iqtisadiyyatı barədə geniş
məlumat verib, uğurla davam etdirilən sosial-iqtisadi siyasət
nəticəsində ölkəmizdə davamlı və dayanıqlı iqtisadi inkişafa nail
olunduğunu, makroiqtisadi sabitliyin təmin edildiyini, əlverişli
biznes və investisiya mühitinin yaradıldığını diqqətə çatdırıb.
V.Quliyev Azərbaycan-Belçika iqtisadi əlaqələrinin uğurla inkişaf
etdiyini, indiyədək iki ölkə arasında 7 sənədin imzalandığını,
hazırda Azərbaycanda ticarət, tikinti, xidmət, nəqliyyat, rabitə,
sənaye və s. sahələrdə 19 Belçika kapitallı şirkətin fəaliyyət
göstərdiyini bildirib, Belçika iş adamlarını ölkəmizdə yaradılmış
əlverişli biznes mühiti və investisiya imkanlarından yararlanmağa,
azərbaycanlı iş adamları ilə fəal əməkdaşlığa dəvət edib.
Belçikanın Valloniya vilayətinin Xarici Ticarət və İnvestisiya
Agentliyinin (AWEX) Mərkəzi və Şərqi Avropa və MDB ölkələri üzrə
direktoru xanım Dominik Turner Valloniya iqtisadiyyatı barədə
məlumat verib, iş adamları arasında əlaqələrin genişləndirilməsi
üçün ikitərəfli görüşlərin və biznes forumların əhəmiyyətli
olduğunu, belə tədbirlərin davam etdirilməsinin iqtisadi
əməkdaşlığın inkişafına, eləcə də yeni əlaqələrin qurulmasına töhfə
verəcəyini bildirib.
Tədbirdə AZPROMO rəhbərinin müşaviri Natiq Mədətov Azərbaycanın
biznes mühiti və investisiya imkanlarına, AWEX agentliyinin
Türkiyədəki ticarət və investisiya sahələri üzrə müşaviri Erik
Bletard isə ölkəsinin iqtisadiyyatına, iş adamları arasında
əməkdaşlıq imkanlarına dair təqdimatlarla çıxış ediblər.
Sonra AZPROMO və AWEX agentliyi arasında Anlaşma Memorandumu
imzalanıb.
Biznes forum iş adamları arasında əməkdaşlıq imkanlarının müzakirə
edildiyi ikitərəfli görüşlərlə davam etdirilib.
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?