Ekopublika.az
İqtisadi komissiyasının növbəti iclasının tarixi açıqlanıb
İran və Azərbaycan müştərək iqtisadi komissiyasının növbəti (doqquzuncu) iclasınının Bakıda keçirilməsinə hazırlıq məqsədi ilə İranın aidiyyatı qurumları və müxtəlif nazirliklərin nümayəndələrinin iştirakı ilə ötən gün iclas keçirilib.
Bunu İranın Azərbaycandakı səfiri Möhsin Pakayin bildirib.
Səfirin sözlərinə görə, İran və Azərbaycan müştərək iqtisadi
komissiyasının doqquzuncu iclası cari ilin avqust ayında Bakıda
keçirilməsi nəzərdə tutulub.
M.Pakayin deyib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin
İrana səfəri zamanı müştərək iqtisadi komissiyanın iranlı sədri
İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi
təyin oldu və elə buna görədə ölkənin müxtəlif qurumları arasında
ilk əlaqələndirici iclas Tehranda rabitə və informasiya
texnologiyaları nazirliyinin binasında keçirilib.
"İranın müxtəlif nazirlik və qurumlarının iştirakı ilə keçirilən bu
iclas ölkəmizin Azərbaycan Prezidenti cənab İlham Əliyevin İrana
səfəri zamanı əldə olunmuş razılıqların icrasında nə qədər ciddi
olduğunun göstəricisidir", - deyə M.Pakayin bildirib.
O, əlavə edib ki, iclasda İranın Xarici İşlər, Neft, Energetika,
Nəqliyyat, Kənd Təsərrüfatı, Ticarət, Sənaye və Mədənlər
nazirlikləri, eləcə də Mərkəzi Bank, Ticarət Palatası və Araz Azad
İqtisadi Zona Təşkilatının nümayəndələri iştirak edirdi.
Onlar İran və Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafı üçün
öz təklifləri müzakirə etdi və Iclasda qərara alındı ki, bütün
qurumlar və nazirliklər iki ölkə arasında iqtisadi sahədə
əməkdaşlığın artırılması üçün təkliflərini komissiyaya təqdim
etsinlər.
Pakayin deyib ki, İran qonşu ölkələrlə xüsusi ilə azərbaycanla
əlaqələrini inkişaf etdirilməsi siyasətini yürüdür və hazırda iki
ölkənin iqtisadi potensiallarını tanımaq və ondan yaxşı istifadə
etmək üçün əlverişli şərait yaranıb.
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ