• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

“Azərbaycan sənaye mərkəzinə çevriləcək”

“Azərbaycan sənaye mərkəzinə çevriləcək”

2013-cü ildə Azərbaycanda 30-dan çox müasir sənaye müəssisəsi istifadəyə verilib.

Bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev müsahibəsində deyib.

Onun sözlərinə görə, ötən il, həmçinin Bakının Qaradağ rayonunda Gəmiqayırma, Qazaxda sement, Sumqayıtda polad boru, Daşkəsəndə qızıl, Qəbələdə şərab zavodları, Sumqayıtda tekstil parkı, Hacıqabulda seramik plitələr, Abşeronda karton qablar istehsalı müəssisələri, Cənub Elektrik Stansiyası istismara verilib.

Ş.Mustafayev qeyd edib ki, hazırda Azərbaycanda 90-dan artıq sənaye müəssisəsinin tikintisi isə davam etdirilir: "Yeni və müasir sənaye müəssisələrinin fəaliyyətə başlaması nəticəsində 2003-2012-ci illərdə əlavə dəyər qeyri-neft sənayesində 2,2 dəfə, o cümlədən qeyri-neft emalı sənayesində 2,3 dəfə artıb. Sənaye məhsulunda əlavə dəyərin xüsusi çəkisi 53,5 faizdən 78 faizə, ümumi daxili məhsulun strukturunda sənayedə yaradılmış əlavə dəyərin payı 40,4 faizdən 50 faizə yüksəlib. Qeyri-neft sənayesi məhsullarının ixracı 5 dəfə, sənaye müəssisələrində əsas fondlar 3.9 dəfə artıb və 46,8 milyard manata çatıb".

Nazir bildirib ki, heç şübhəsiz, Prezident İlham Əliyev tərəfindən 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı imzalanmış sərəncam sənayenin inkişafını əsas prioritetlərdən biri kimi müəyyən etməklə, sənayeləşmə siyasətinin uğurla davam etdirilməsini, ölkəmizin regionun sənaye mərkəzinə çevrilməsini təmin edəcək. /Qafqazinfo/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR