Elektrik enerjisinin qiyməti qalxdı
Bizi izləyin

Ekopublika.az

Elektrik enerjisinin qiyməti qalxdı

Sentyabr ayından Fransada elektrik enerjisinin qiyməti 5 faiz qaldırılacaq.

ANS PRESS-in məlumatına görə, Fransa Dövlət Şurasının elektrik enerjisinin satış qiymətinin 2 il ərzində qaldırılmayacağını bildirsə də, hökumət sentyabr ayından etibarən enerji daşıyıcılarının qiymətinin 5 faiz qaldırılacağını bəyan edib.

Ölkənin energetika naziri xanım Seqolen Royal bu faktı təsdiqləyib.

Nazir qiymət artımını idxal olunan enerjinin qiymətinin yüksək olması ilə əlaqələndirib.

Qiymət artımından sonra hər ailə məişətdə istifadə edilən elektrik enerjisi üçün əlavə olaraq ayda 1, 50 avro ödəyəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm