Vahid Əhmədov: "Azərbaycanda ipotekanın şərtləri çox ağırdır"
Bizi izləyin

Ekopublika.az

Vahid Əhmədov: "Azərbaycanda ipotekanın şərtləri çox ağırdır"

Vahid Əhmədov: "Azərbaycana benzin idxal edilməlidir"

Xəbər verildiyimiz kimi Mərkəzi Bank (MB) ölkədə fəaliyyət göstərən banklara müştərilərin iş yerindən arayış olmadan istehlak krediti verilməsini qadağan edib. Eləcə də avtomobillərin kreditlə satışına məhdudiyyət qoyub.

Bu barədə Milli Məclisin üzvü, İqtisadçı - Ekspert Vahid Əhmədov Publika.Az –a açıqlama verib:

2014-cü ildə ipoteka şərtlərində, dəyişiklərlə bağlı Milli Məclis üzvləri, istərsə də Mərkəzi Bank, çox saylı açıq veriblər. 1 –ci ayı yola saldıq. Dəyişiklik nə vaxt olacaq?

Açıq veriblər deyəndə ki, biz öz təkliflərimizi Milli Məclisdə bildirimişik ki, ipotekanın hər ümumi məbləği, dövlət büdcəsindən ayrılan məbləğdir. Həm də, ipotekanın şərtləri bir az ağırdır. İnsanlar hamısı onu ala bilmir. Buna görə də, bu məsələyə baxmaq lazımdır. O cümlədən, bu məsələ müzakirə olunanda Mərkəzi Bankın idarə heyətinin sədri də, bununla əlaqədar müsbət fikrini bildirmişdi. Amma sonradan 40 milyon manat saxlanıldı, artırılmadı. O cümlədən şərtlərdə də hələ dəyişiklik olunmayıb.

Bizdə olan məlumata görə, Gənclə və İdman Nazirliyi də müraciət edib ki, bu şərtlərə baxılsın. Bunlar hansı şərtlərdir və biz nə istəyirdik? Biz istəyirdik ki, ilkin ödəniş 15% -dir. Bu faiz çox böyükdür. Bu faiz ləğv olunmalıdır. İllik faiz isə 4% -dir. Bu faizdə aşağı salınaraq 1-2% faiz səviyyəsində saxlamaq lazımdır. Ümumi məbləğ isə 35 min manat idi. Cənab Prezident onu artıraraq 50min manat etdi. Amma, bu da aşağıdır. Bilirsiniz ki, 50 min manata Bakıda ev almaq çox çətindir. Heç olmasa bunu 80-100 min manat etmək lazımdır. Bizim təkliflərimiz hələ ki qəbul olunmayıb. Yəni qəbul olunsaydı bu barədə xəbərimiz olardı. Amma bilir ki, bu təkliflər müzakirə olunur.

Mərkəzi Bankın son addımları göstərir ki, Banklara qarşı tələb sərtləşir. İpoteka kreditləri ilə bağlı banklara qarşı tələblər və ya münasibət dəyişə bilərmi?

Dəyişə bilər. Bayaq qeyd etdiyim kimi, Mərkəzi Bankın idarə heyətinin sədri Cənab Elmar Rüstəmov, ipoteka kreditləri ilə bağlı suallara cavab verəndə, bizim qaldırdığımız məsələyə razılıq bildirdi. O ki qaldı banklarda sərtləşmə prosesi. Bilirsiniz, Banklara əhalinin borcu həddindən artıq çoxdur. Kredit borcu yəni, vaxtı keçmiş borclar artıq 1 milyard manata yaxınlaşıb.

Bu böyük bir məbləğdir. Azərbaycanın maliyyə bazarında ciddi problemlər yaranır. Ona görə də, həm kredit alan insanlar, həm də kredit verən təşkilatlar, fikirləşməlidir ki, belə borclar yaranmasın. Bu banklar üçün ciddi problemlər yaradır. Bilirsiniz ki, bankların nizamnamə kapitalı hal – hazırda qanuna görə 10 milyon manatdır. Amma Mərkəzi Bankın idarə heyəti qərar qəbul edib ki, 50 milyon manata çatdırılsın. Bu da, 2014 –cü ilin Yanvarın 1-dən olmalı idi, keçirdilər 2015 –ci ilin yanvarın 1-nə.

Banklarında öz problemləri var. Başa düşürəm. Amma, kreditlərin verilməsində müəyyən qayda – qanun yaratmaq lazımdır.

Avtomobil kreditlərinin dayandırılması, bir necə sektoru iflasa sürükləyəcək. Vəziyyətdən çıxış yolunu nədə görürsünüz? Sizcə Mərkəzi Bank kredit bərpasına icazə verəcək? Yəni qeyri – rəsmi qadağanı götürəcək?

Elə bir qadağa yoxdur. Mənim aldığım məlumata görə, indidə banklardan kreditlə avtomobil alan insanlar var. Dünən mənə məlumat aldım ki, bir yoldaş gedib kreditə avtomobil alıb. Bunlar hamısı ondan asılıdır ki, kredit borcu həddindən artıq çoxdur.

Milyarda yaxın vəsait əhalidədir, əhalinində imkanı yoxdur. Bunları başa düşmək lazımdır. Buna görə də, bank inzibati tədbirlərə əl atmağa məcburdur. Pul, kredit siyasətinə, Azərbaycanda Mərkəzi Bank məsuliyyət daşıyır. Milli Məclisə də, onlar hesabat verir. Yəni, buna qeyri – adi baxmaq lazım deyil.

1992 –ci ildə mən Baş Nazirin 1-ci müavini işləyərkən, biz belə məsələlərə baxırdıq. O vaxtı, Azərbaycanda 78 min maşın var idi. Amma hal – hazırda Azərbaycanda maşın sayı 1milyon 300 –ü keçib.

Yollarda bir o qədər dəyişiklik olmayıb. Bakı həmin Bakıdır. Sadəcə bir neçə körpü inşa edilib. 28 yanvar Nazirlər Kabineti qərar qəbul etdi ki, artıq Azərbaycanda benzinin idxalına ehtiyac var. Benzin çatışmamazlığı var. Yəni, idxaldan vergini azad edib.

Banklar keçən il 15 milyard manat kredit verib. Sizcə 9 milyonluq əhalisi olan Azərbaycan üçün bu böyük rəqəm deyil?

Söhbət elə ondan gedir ki, 15 milyard kredit verib. Amma onun 1 milyardı borcdur. Ümumi götürsək, bu borc 1 milyard deyil, 6 milyarddan çoxdur. Yəni, biz vaxtı keçmiş borcu deyirik 1 milyarddır. Amma ümumi götürsək əhalinin banklara olan borcu 6.5 milyarda yaxındır.

Bankların faiz məsələləri çox ciddi məsələdir. Ümumiyyətlə bəzi məsələlər var ki, onlar öz həllini tapmalıdır.

Bu il Mərkəzi Bank məcmu kapitalla bağlı tələbinin üzərində dayana biləcək?

Mərkəzi Bankı qınamaq lazım deyil. Axı o cavab verir pul siyasəti ilə bağlı. Borc il keçdikcə artır. Sabah bunun qarşısını almaq lazımdır. Mərkəzi Bankın bu dəqiqə qarşıya qoyduğu məqsəd bunlardan ibarət olmalıdır:

Kredit borclarının yığılması ilə əlaqədar müəyyən tədbirlər görsün ki, dövriyədə vəsait çox olsun. Faizdən əlavə məsələlərə baxılmalıdır. Azərbaycanda bank faizləri yüksəkdir. Bank faizlərinin yüksək olması da, o borclara gətirib çıxarır.

Bankların birləşməsi gözlənilir?

Banklara nizamnamə kapitalı 10 milyard manatdan 50 milyard manata qaldırdılar. Əsas məqsəd ondan ibarət idi ki, o banklar ki, dövriyə vəsaiti yoxdur o banklar bazardan çıxacaq və ya digər banklarla birləşərək öz dövriyə vəsaitini artıracaq.

Sizcə Azərbaycan üçün neçə bank məqbuldur?

Mən belə hesab edirəm ki, Azərbaycanda 20-25 bank məqbuldur. 9 milyon əhali üçün kifayətdir. Bunun da, bütün regionlarda filiallarını açmaq lazımdır. Yaxşı dövriyə vəsaiti olmalıdır. Lazım olduqda dövlətdə onlara kömək edə bilər. Məsələn, müəyyən vəsait verə bilər ki, dövriyə vəsaiti artsın.

Odər Qəni

Oxumağa davam et
Reklam
Reklam

Gündəm