Binədə sahibkarlara 3,1 milyon manat güzəştli kredit verilib
Bizi izləyin

Ekopublika.az

Binədə sahibkarlara 3,1 milyon manat güzəştli kredit verilib

Binə qəsəbəsində müvəkkil kredit təşkilatları vasitəsilə 12 sahibkarlıq subyektinə 3,1 milyon manat güzəştli kredit verilib.

Binə qəsəbəsində müvəkkil kredit təşkilatları vasitəsilə 12 sahibkarlıq subyektinə 3,1 milyon manat güzəştli kredit verilib.

Publika.az İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən verdiyi xəbərə görə, verilmiş kreditlər əsasən, heyvandarlıq, tərəvəzçilik, logistik xidmət və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 100-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verəcək.

Qeyd edək ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası dövründə 680 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 148,2 milyon manat güzəştli kredit verilib. Bu kreditlər 5300-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradır.


Həmçinin, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən müasir texnologiyaların tətbiqinə əsaslanan 53 iri layihə, o cümlədən 13 çörək zavodu, 13 istixana kompleksi, 9 quşçuluq təsərrüfatı, 2 ət emalı fabriki, 2 metal konstruksiya və 14 digər sənaye müəssisəsi maliyyələşdirilib.

2014-cü ilin ötən dövrü ərzində respublika üzrə 277 sahibkara 9,3 milyon manat güzəştli kredit verilib. Bu layihələrin reallaşdırılması 600-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm