2,2 trilyon borcu olan “Rosneft” Putinə ağız açdı
Bizi izləyin

Ekopublika.az

2,2 trilyon borcu olan “Rosneft” Putinə ağız açdı

“Rosneft” şirkətinin prezidenti İqor Seçin hökumətdən şirkət üçün maliyyə yardımının ayrılmasını xahiş edib.

Publika.az Caspian Barel-ə istinadən bildirir ki, “Rosneft” prezidenti şirkətə 5 yolla dəstək verilməsini xahiş edir.

Dövlət üçün ən bahalı yol – Milli Rifah fondu tərəfindən 1.5 trilyon rubl məbləğində “Rosneftin” istiqrazlarının alınmasıdır. Belə yardıma ehtiyac kimi “Rosneft” prezidenti ABŞ tərəfindən tətbiq edilən sanksiyaları səbəb kimi göstərib. “Rosneftin” xalis borcu iyunun sonuna 1.5 trilyon rubl təşkil edir (təxminən $44,5 milyard).

Ümumi borcun həcmi 2.2 trilyon dollar təşkil edir. Lakin şirkət CNPC-dən Çinə neft tədarükü üçün $17 milyard əvvəlcədən ödəniş alıb. Ümumilikdə şirkət $70 milyard alacaq.

“Rosneftin” borcu TNK-BP şirkətini $54 milyarda alandan sonra formalaşıb. Şirkətin alınması üçün “Rosneft” xarici banklardan $31 milyard kredit alıb. Bu il və gələn ilə Rosneft üçün kreditlərin ödənilməsinin pik vaxtıdır, təxminən $30 milyard.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm