ARDNF bu il "Star" neft emalı kompleksinin tikintisinə pul ayırmayıb?
Bizi izləyin

Ekopublika.az

ARDNF bu il "Star" neft emalı kompleksinin tikintisinə pul ayırmayıb?

"Star" neft emalı kompleksinin tikintisinə Dövlət Neft Fondundan 372,6 mln manat vəsait ayrılıb.

Publika.az fonda istinadən bildirir ki, layihənin toplam dəyəri təqribən 5 milyard ABŞ dollarıdır. 2013-cü il ərzində Neft Fondu tərəfindən "Star" neft emalı kompleksinin tikintisinə 372,6 milyon manat vəsait yönəldilib. 2014-cü ildə "Star" neft emalı kompleksinin tikintisi layihəsinin maliyyələşdirilməsinə 224 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

Lakin son statistikada layihə üzər maliyyələşdirmə 372,6 mln manat göstərilib.

Məlumat üçün bildirək ki, Neft emalı zavodunun ümumi gücü 10 milyon ton təşkil edəcək və zavodun əsas xammal tədarükçüsü kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti çıxış edəcəkdir. Zavodun istehsal edəcəyi təqribən 1,6 milyon ton nafta Türkiyədə neft-kimya sənayesinin xarici ölkələrdən xammal asılılığını azaldacaq, dizel və aviasiya yanacağı cari hesab defisitinin azalmasına yardım edəcək və neft-kimya sənayesi məhsulları üçün xammal rolunu oynayacaq.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm