Qiymət artımının qarşısını necə almaq olar? - Açıqlama
Bizi izləyin

Ekopublika.az

Qiymət artımının qarşısını necə almaq olar? - Açıqlama

Rusiyaya ərzaq ixracının artımı Azərbaycan bazarlarında gözlənildiyindən də artıq bahalaşmaya yol açıb.

Ötən ay 30-40 qəpiyə satılan pomidorun qiyməti son bir həftədə 2-2,5 manata qədər yüksəlib. Hələ mövsümün bitmədiyini nəzərə alsaq, Azərbaycan istehlakçısı qışa doğru pomidoru 5 manatdan ucuz ala bilməyəcək. Ən pisi də odur ki, müvafiq dövlət qurumları prosesi tənzimləməkdə maraqlı görünmürlər.

Bahalaşmanın hansı həddə qədər davam edəcəyinə gəlincə, Publika.az-a vəziyyəti dəyərləndirən iqtisadçı-ekspert Vüqar Bayramov bunları dedi: “Sentyabrda qiymətlərin müəyyən qədər stabilləşəcəyi güman edilir. Rusiyaya çıxarılan məhsulların həcmi ilə bağlı konkret rəqəm müəyyən ediləcək. Qarşıdakı iki həftədə bahalaşma gözlənilmir”.

V.Bayramov deyir ki, bu hal yerli məhsulların istehsalından asılı olacaq: “Bu il quraqlıq olması kənd təsərrüfatı məhsullarının həcminə təsir göstərib”.

Qiymət artımının qarşısını almağa gəlincə, ekspert deyir ki, Azərbaycan ucuz idxalı artırmaqla qiymətləri tənzimləməyə calışmalıdır: “Hazırda bazarda tərəvəz məhsullarının qiyməti yüksəkdir. Qiymətlərin düşməsi gözlənilmir. Lakin İran və Türkiyədə bu məhsullar daha ucuzdur. Onlardan idxalı stimullaşdırmaq olar”.

Ekspert qarşıdakı aylarda qiymət artımını mümkün sayır. Bununla belə, o, kəskin bahalaşmanın gözlənilmədiyini deyir: “Qiymətlər onsuz da yüksəkdir. Yəni avqustda müşahidə edilən faiz artımı avqustda proqnozlaşdırılmırdı”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm