Banklar sizi necə aldadır?
Bizi izləyin

Ekopublika.az

Banklar sizi necə aldadır?

Banklar sizi necə aldadır?

Əhalinin bir çoxunun banklara kredit borcu var. Pul lazım olduqda yenə də banklara müraciət edən və qanunvericilikdən xəbərsiz olan müştərilər, tam olaraq necə aldandıqlarını və nə qədər pul itirdiklərini bilmirlər.

İqtisadçı – Ekspert Samir Əliyev Publika.Az –a bank qanunvericiliyi və müştərilərin aldadılması barədə açıqlama verib. Banklar müştərilərini necə aldatmağı bacarır?

Aldatmaq belədir ki, qanunla hamısı tənzimlənməlidir. Əgər tənzimlənmirsə, onda mütləq sui - istifadə halları olacaq. İstər banklar tərəfindən, istərsə də digər maliyyə qrupları tərəfindən, istərsə də vətəndaşlar tərəfindən.

Bu kimi halların qarşısını almaq üçün, qanun tənzimlənir. Bankların insanlar tərəfindən aldadılması ilkin olaraq reklam çarxlarından başlayır. Yəni, müştəriləri cəlb etmək üçün müxtəlif şərtlər tətbiq edirlər. Reklam çarxlarında göstərirlər ki, bu, ən ucuz kredit verən bankdır.

Yəni, öz fəaliyyətlərinin müsbət tərəflərini göstərirlər. Qanunvericiliyə görə, müştərilərin aldadılması yox, eyni zamanda natamam məlumatın verilməsi istehlakçı hüquqlarının pozulması deməkdir. Çünki, hər bir müştəri özü istehlakçıdır. Banklar isə mənfi tərəflərini göstərməməklə öz hüquqlarını pozurlar.

Aldatmaq hansı dərəcədə baş verir və tam olaraq necə olur?

Müştəri hüquqlarının pozulması 3mərhələdə baş verir. 1-ci vətəndaş heç bir halda müqavilə ilə tanış olmur. Bütün sənətləşdirmə aparılır, sonra müştəriyə müqavilə verilir ki, tanış olmamış imzalasın. Müqavilənin şərtləri təbii ki, bankların mənafeyinə uyğun olur. Demək olar ki, vətəndaşın hüquqları nəzərə alınmır. Bu mərhələdə hüquqlar pozulur. 2 -cisi isə, heç bir məlumat olunmadığı halda yüksək komisyon haqları tutulur. 3 –cü mərhələdə, kreditlərin ödənilməsi prosesində qanunsuzluq baş verir. Yəni, kreditin ödənilməsi vətəndaş tərəfindən uzanır hansısa səbəbdən.

Qanunvericiliyə görə, 90 gün kreditə faiz əlavə oluna bilər. 90 gündən sonra isə, faizin əlavə olunması dayandırılır. Bu zaman banklar deyir ki, 1ildir siz bizə kredit ödəmirsiniz və faizlər yığılaraq müəyyən məbləğə çatıb. Göründüyü kimi, 90 gündən uzun müddətə faizlər hesablanır. Yəni, bütün mərhələlərdə müştərilərin hüquqları pozulur.

Dediyiniz kimi banklar öz müştərilərini aldadır. Bunun qarşısını necə almaq olar?

Bütün dünyada istehlak krediti ayrıca qanunvericiliklə qorunur. Məsələn, Amerika, Avropa, MDB, Rusiya və s. Bu tipli halların qarşısının almaq üçün, istehlak kreditləri haqqında qanun qəbul edilməlidir. İstehlak kreditləri haqqında qanunda vətəndaşların hüquqları həmin qanunla tənzimlənməlidir. İstehlakçılar qoruyan qanun var ki, buda “İstehlakçıları Müdafiəsi” haqqında qanun adlanır. Bu ümumilikdə istehlakçılara aid edilir.

Amma, bank sektoru spesifik olduğuna görə, vətəndaşların hüquqlarını qorumaq üçün ayrıca qanuna ehtiyac var. Əgər belə bir qanun qəbul edilərsə, sizin dediyiniz neqativ halların qarşısını almaq olar.

Bankların müştərilərini aldatmasına qarşı Mərkəzi Bank hansı tədbirləri görür?

Bu yaxınlarda Mərkəzi Bank bununla bağlı təlimat verib.

Yəni, istehlakçıların hüquqlarını müdafiəsini nəzərdə tutan təlimat hazırlayıb. Amma hər bir halda qanun daha vacibdir. Bankların fəaliyyəti qanunla tənzimlənir. Diqqət yetirsək görərik ki, orda daha çox bankların əksəriyyəti nəzərdə tutulur. İstehlakçıların hüquqları demək olar ki, qanunla tənzimlənmir. Mənim fikrimcə, bunun üçün qanun qəbul edilməlidir. Son günlərdə Mərkəzi Bank, bankları müəyyən qadağalar ilə sıxır. Bu, banklar tərəfindən müştərilərin aldadılmasına səbəb ola bilər? Mərkəzi Bank, bank sektorlarına nəzarət edən bir qurumdur.

Banklara, faizlərinə və qanunvericiliyinə görə lisenziya verir. Əgər, banklar qanunvericilikdə hansısa bəndləri pozarsa, Mərkəzi Bank Lisenziyanı geri alır və bununlada bank bağlanır. Təbii ki, daxili tapşırıqlar və ya təlimatlarla Mərkəzi Bank, banklara öz tapşırıqlarını verir. Bəzən banklar yerinə yetirir, bəzən isə yerinə yetirmir. Məsələ ondan ibarətdir ki, Rusiyada bu yaxınlarda istehlak kreditləri ilə bağlı qanun qəbul edildi.

Qanun 2 hissədən ibarətdir. “Xüsusi” və “Fərdi” hissədən. Xüsusi hissə, dəqiq olaraq “Fərdi” hissəyə uyğunlaşmış tətbiqdir. Bir çox hallarda “Xüsusi” hissə müqavilədə daha çox yer alır. Bizdə isə, hər kəsə standart müqavilə hazırlanır. “Xüsusi” hissə təbii ki, həmin müştərinin işi ilə bağlı, maliyyə imkanları ilə bağlı, ailə vəziyyəti ilə bağlı amillər nəzərdə tutulur. Yəni, bu tip hallar bizim indiki qanunvericilikdə nəzərə alınmır. Mərkəzi Bankın təlimatına nəzər yetirsək görərik ki, istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı ciddi məqam yoxdur.

Odər Qəni

Oxumağa davam et
Reklam
Reklam

Gündəm