ARDNŞ Rövnəq Abdullayevin Türkmənistan prezidenti ilə görüşünə aydınlıq gətirdi
Bizi izləyin

Ekopublika.az

ARDNŞ Rövnəq Abdullayevin Türkmənistan prezidenti ilə görüşünə aydınlıq gətirdi

Xəbər verildiyi kimi, ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev Türkmənistanda səfərdə olub. Bir neçə gündür Azərbaycan mətbuatında Türkmənistan informasiya vasitələrinə istinadən bu barədə məlumatlar yayılmaqdadır. Maraqlıdır ki, daha çox səfərin təfərrüatlarının açıqlanmadığı qeyd edilirdi.

Dövlət Neft Şirkəti səfərlə bağlı rəsmi açıqlama yayıb.

Publika.az şirkətə istinadən xəbər verir ki, səfər sentyabrın 22-də baş tutub. ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyətini Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov qəbul edib. Səmimi şəraitdə keçən görüşdə Azərbaycan və Türkmənistan arasında enerji və neft-qaz sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Qeyd edilib ki, zəngin neft və qaz resurslarına malik olan hər iki Xəzəryanı dövlət bu sahənin inkişafına xüsusi diqqət ayırır.

Danışıqlarda mövcud əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında konstruktiv fikir mübadiləsi aparılıb, əlaqələrin gələcəkdə daha da genişləndirilməsi yolları müzakirə edilib.

Onu da bildirək ki, bu, cari ildə ARDNŞ rəhbəri ilə prezident Berdımuhammedovun ikinci görüşüdür.

Bundan əvvəl isə Türkmənistan XİN rəhbəri Bakıya səfər edib. Danışıqların əsas mövzusu Türkmənistanın enerji resurslarının Azərbaycan vasitəsilə Avropaya nəqli, Transxəzər qaz kəmərinin inşasının mümkünlüyü, Xəzərdə mübahisəli yataqlar məsələsinin tənzimlənməsi, enerji sahəsində birgə layihələr olub.

Hər iki ölkə rəsmi KİV-in qiymətləndirmələrinə görə, danışıqların yekunları prinsipial razılaşmanın əldə olunmasından xəbər verir.

Sözügedən problemlər həllini taparsa, təkcə ikitərəfli münasibətlərdə dönüşdən deyil, həm də ümumilikdə Xəzəryanı regionda geosiyasi vəziyyətdə ciddi dəyişiklikdən danışmaq olar. Belə ki, Türkmənstanın nəhəng neft-qaz ehtiyatları ilə Cənub Enerji Dəhlizinə qoşulması Türkmənistanla Azərbaycanın dünya neft-qaz bazarında mövqeyini xeyli möhkəmləndirəcək.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm