• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Vergi ödəyicilərinə yeni xidmətlər təklif edilə bilər

Vergi ödəyicilərinə yeni xidmətlər təklif edilə bilər

Bu gün Azərbaycanın vergi sistemi vergiödəyicilərə dünyada tətbiq olunan xidmətlərin əksəriyyətini təklif etmək iqtidarındadır. Trend-in məlumatına görə, bu barədə vergilər naziri Fazil Məmmədov Bakıda "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda keçirilən III Vergi Forumunda çıxışı zamanı deyib.

Nazir bildirib: "Biz elə bir sistem qurmağa çalışırıq ki, vergiödəyici vergi orqanına gəlmədən, praktiki olaraq, distant formatda dövlət qarşısında bütün vergi öhdəliklərini yerinə yetirə bilsin".

Hazırda Vergilər Nazirliyi vergi ödəyicilərinə 50-dən çox elektron xidmət göstərir.

Nazir qeyd edib: "Bu, respublikamızda tətbiq olunan ən geniş elektron xidmətlər toplusudur. 2014-cü ildə vergi ödəyiciləri ilə münasibətlərin yeni əsaslarda qurulmasına başlanılıb. Artıq sahibkarlarla ilk tərəfdaşlıq sazişlərinin bağlanmasına başlanılıb. Bu qarşılıqlı etimada əsaslanan, biznesin öz vergi öhdəliklərinə, vergi orqanlarının isə yeni nəzarət mexanizmlərinin tətbiqinə daha məsuliyyətli yanaşma formasıdır".

Nazir qarşıdakı illərdə hər iki tərəfin bu münasibətlərin faydasını hiss edəcəyinə ümidini ifadə edib.

Onun sözlərinə görə, nazirliyin bir sıra sahələrdə vergi nəzarətinin artırılması ilə bağlı yeni mexanizmlərin yaradılması planları var: "Ortamüddətli perspektivdə 2013-cü ildə ilk pilot layihəsinə start verdiyimiz elektron auditin tammiqyaslı tətbiqi, eləcə də transfert qiymətlərinin tənzimlənməsi və elektron kommersiyanın vergi nəzarəti mexanizmləri üzərində işləri davam etdirəcəyik".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR