Ekopublika.az
Ən çox azalma yer və ofis seqmenti üzrə qeydə alınıb
“Avqust ayı ərzində qeyri-yaşayış sahələri bazarında cari ilin əvvəlki ayları ilə müqayisədə ümumilikdə təklif portfelini formalaşdıran 6 seqment (mağaza, yer, xidmət, ofis, zirzəmi, sənaye) üzrə aktivliyin və qiymətlərin stabil qalması ilə yadda qalıb”.
Bunu Publika.az-a açıqlamasında "MBA Consulting Group"un rəhbəri Nüsrət İbrahimov bildirib. O qeyd edib ki, qiymətlərin stabilləşməsi, aktivliyin artması yay mövsümünün bitməsi, gəlirliyin azalması, kommersiya obyektləri bazarında aktivlik səviyyəsinin dəyişməməsi ilə bağlı olub: “Ümumilikdə, cari ildə son üç ay ərzində qiymətlərin azalması ilə yanaşı, ümumi satış portfelində təklifin sayının azalması da baş verib. Digər seqmentlərlə müqayisədə təklif üzrə ən çox azalma yer və ofis seqmenti üzrə qeydə alınıb.
Hesabat dövründə daşınmaz əmlak alqı-satqı mərkəzlərinə müraciət edənlərin sayında və buna müvafiq olaraq bağlanan əqdlərin dinamikasında əvvəlki ayla müqayisədə azalma qeydə alınıb. Ümumilikdə müxtəlif qəzet və elanlarda, internet səhifələrində satış məqsədi ilə reklama çıxarılan və alqı-satqı ofislərinə təklif olunan obyektlərin sayı ay ərzində -29.7% azalaraq 172 ədəddən 121 ədədə enib. Kommersiya obyektləri bazarında bağlanan əqdlərin sayı iyul ayında olduğu kimi avqust ayında da 108 ədəd təşkil edib”.
N.İbrahimov bildirir ki, satış məqsədi ilə bazara təklif olunan kommersiya obyektlərinin həcmində əsas paya 38%-lə “boş yer” təyinatlı sahələr malikdir: “Bu tip obyektlər o obyektlərdir ki, təyinatı dəqiq deyil və onlar ofis, mağaza və ya xidmət təyinatı altında istifadə oluna bilərlər. Xidmət və mağaza təyinatlı yerlər isə bazarda müvafiq olaraq 16% və 8% paya sahibdirlər. Satışda olan ofis təyinatlı yerlərin sayı ümumi payın 5%-nə, qalan seqmentlər isə (zirzəmi, anbar, qaraj, sənaye və s.) bazarda payın 6%-nə malikdirlər”.
Bаzаrdа qiymətlərdən söz açan mütəxəssis deyir ki, əvvəlki aylarla müqayisədə, cari ilin avqust ayı ərzində kommersiya obyektləri satışı bazarında müşahidə edilən stabil dinamika, orta qiymətə də ciddi dərəcədə təsir etməyib: “Avqust ayı üçün bazarda orta satış qiyməti əvvəlki ay ilə müqayisədə 0.5% artaraq 3857 $/kv.m təşkil edib. Avqust ayında aktivliyin dəyişməz qalması, obyektlərin satışının ekspozisiya müddətinin də stabil qalmasına səbəb olub. Ay ərzində qeyri-yaşayış sahələri bazarında obyektlərin satış ekspozisiya müddəti 149 gün təşkil edib. 2014-cü il avqust аyındа qеyri-yаşаyış sаhələrinin аlqı-sаtqısı qiymətlərinin dəyişməməsi ilə yanaşı, obyektlərin icаrəsi bаzаrındа stabillik müşаhidə olunub. Bаkı şəhəri üzrə 1 kvadratmetr qеyri-yаşаyış sаhəsinin orta icarə qiyməti 19.35 $/kv.m/ay təşkil edib. Avqust ayında qiymət indeksi ötən ilin müvafiq ayı ilə müqayisədə bərabər bənddə qərarlaşıb, qiymətlərin son ayda artması nisbətən I və III zonalarda, qismən azalması isə II və IV zonalarda müşаhidə еdilib”.
Onun sözlərinə görə, qiymətlərin son ayda dəyişməz qalması əsasən təklif portfelində seqment dəyişikliyi və bazarın ümumi tendesiyası ilə izah olunur: “Ümumilikdə son aylarda yay mövsümü ilə əlaqədar bazarda qiymətlərdə və bazarın aktivliyində azalma müşahidə olunması avqust ayında da öz əksini tapıb”.
Qеyri-yаşаyış sаhələri üzrə orta qiymət dəyişməsi seqmentlər üzrə aşağıdakı formada qeydə alınıb:
Sahələr |
İyul 2014 |
Avq 2014 |
% |
mağaza |
4590 |
4426 |
-3.57% |
yеr |
3773 |
3500 |
-7.24% |
xidmət |
3423 |
3534 |
3.24% |
оfis |
2561 |
2545 |
-0.62% |
zirzəmi |
1020 |
1022 |
0.20% |
sənаyе |
670 |
668 |
-0.30% |
ortа qiymət |
3836 |
3857 |
0.55% |
Zonalar üzrə obyektlərin icarə qiymətlərində ümumilikdə ciddi dəyişiklik qeydə alınmayıb.
Zonalar |
iyul 2014 |
avqust 2014 |
% |
I zona |
18.89 |
18.5 |
-2.1% |
II zona |
20.58 |
20.3 |
-1.4% |
III zona |
16.89 |
18.03 |
6.7% |
IV zona |
8 |
8.1 |
1.3% |
ortа qiymət |
19.28 |
19.35 |
0.36% |
Göründüyü kimi, şəhərin mərkəz hissəsi I və II zonalar üzrə obyektlərin icarə qiymətlərində nisbətən azalma, III və IV zonalarda isə nisbətən artım müşahidə edilib.
seqmentlər |
iyul 2014 |
avqust 2014 |
artım/azalma, % |
Mağaza |
27.7 |
31.76 |
14.66 |
Yеr |
20.76 |
16.68 |
-19.65 |
xidmət |
21.59 |
20.64 |
-4.40 |
Оfis |
12.7 |
16.1 |
26.94 |
zirzəmi |
4.1 |
4.5 |
8.96 |
sənаyе |
4.8 |
4.8 |
0.00 |
Beləliklə, ekspert deyir ki, ilin əvvəlindən başlayan qiymət artımı yay fəslində, son üç ayda azalmaya meylli olub: “Son aylarda kommersiya təyinatlı daşınmaz əmlakın gəlirliyində azalmalar müşahidə edilir. 2013-cü ildə bütünlüklə və 2014-cü ilin əvvəlində müşayət edilən bazar trendi 2014-cü ilin sonuna doğru rəqəmlərin daha yumşaq formada cərəyan edəcəyinə zəmin yaradır”.
İqtisadiyyat şöbəsi
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu