“Günəşli”də yeni quyu qazılır
Bizi izləyin

Ekopublika.az

“Günəşli”də yeni quyu qazılır

“Günəşli” yatağındakı 14-cü özüldən 353 nömrəli quyuda qazma işlərinə başlanılıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, layihə dərinliyi 3 min 100 metr olan quyu kompleks qazma işləri tresti tərəfindən fasilə lay dəstəsinə qazılır. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 80 ton neft və 15 min kubmetr qaz hasil ediləcək.

Quyuda istismar işləri “28 May” neft və qazçıxarma idarəsi tərəfindən həyata keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm