Ukraynaya qaz ixracı ilə bağlı üçtərəfli görüş oktyabrın 29-da baş tutacaq
Bizi izləyin

Ekopublika.az

Ukraynaya qaz ixracı ilə bağlı üçtərəfli görüş oktyabrın 29-da baş tutacaq

Brüsseldə növbəti üçtərəfli görüş oktyabrın 29-da keçiriləcək.

Artıq Rusiya tərəfi görüşü təsdiqləyib. Xatırladaq ki, tərəflər arasında görüş oktyabrın 21-də Brüsseldə baş tutmuşdu. Avropa Komissiyası, Rusiya, eləcə də Ukrayna bir razılığa gələ bilməmişdi.

Publika.az xəbər verir ki, Rusiyanın enerji naziri Aleksandr Novak Avropa Komissiyasının Ukraynanın borcunu ödəməsi üçün maliyyə mənbəyi tapmadığını deyib: “BVF-nın verdiyi pulun ilk tranşı yalnız 2015-ci ildə Ukraynaya çatacaq. “Naftoqaz” aldığı qazın pulunu verə bilmirsə, heç bir şirkət bizdən qaz alıb onu sonradan sata bilməz. Bu dəfə tərəflər – Rusiya, Ukrayna hökumətləri yenə məsləhətləşmələr aparacaq.

Avropa Komissiyası isə Avropa Birliyi ilə qaza olan borcun ödənilməsi üçün kredit xəttini ayrılmasını həll edəcək”.

Qeyd edək ki, iyunun 16-da 4.2 mlrd. avroya (4.16 mlrd. AZN) çatdığı deyilən qaz borcunun ödənilməmiş qalması barədə “Qazprom”un şikayətindən sonra Rusiya Ukraynaya qaz təchizatını dayandırıb.

Bu, Ukraynaya qaz nəqlinin kəsilməsi ilə bağlı ilk hal deyil: təchizat 2006-cı və 2008-2009-cu illərdəki mübahisələrdən sonra da dayandırılmışdı. Onu da bildirək ki, Avropa ölkələrinə ötürülən Rusiya qazının 70 faizə qədəri Ukrayna ərazisindəki boru kəmərləri vasitəsilə nəql olunur.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm