Ekopublika.az
Azərbaycan-Türkiyə iqtisadi münasibətləri müzakirə olunub
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Azərbaycanda keçirilən “Türkiyə həftəsi” çərçivəsində “Azərbaycan-Türkiyə iqtisadi münasibətləri və onun regionun iqtisadi gələcəyinə təsiri” mövzusunda konfrans keçirilib.
Publika.az xəbər verir ki, konfransda çıxış edən ADİU-nun rektoru, professor Ədalət Muradov bildirib ki, Azərbaycanın Türkiyə ilə iqtisadi əlaqələrinin səviyyəsi həm xarici siyasətdə, həm investisiyaların həcmində, həm də birgə yaradılmış müəssisələrin dinamikasında özünü göstərir. Təsadüfi deyildir ki, Azərbaycanın qeyri neft sektoruna yatırılan investisiyanın əsas hissəsi məhz Türkiyə mənşəlidir.
Türkiyə Cumhuriyyəti Böyük Millət Məclisinin Ədalət və İnkişaf Partiyasından millət vəkili, Azərbaycan-Türkiyə Dostluq qrupunun üzvü Adnan Yılmaz çıxışında Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi layihələrin təkcə iki dövlət üçün deyil, bütövlükdə region üçün əhəmiyyətindən danışıb.
Türkiyə Cümhuriyyətinin Enerji və Təbii Ehtiyatlar Nazirliyinin müstəşar müavini Zafer Benli isə Trans Anadolu qaz kəməri (TANAP) layihəsinin əhəmiyyətini vurğulayaraq “Azərbaycanla Türkiyə Cənubi Qafqazla Avropanı birləşdirəcək enerji dəhlizi yaradırlar” deyə bildirib.
-
Nida Xəbər 10:48
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?