ARDNŞ DESFA-nın səhmlərinin alınması məsələsinə aydınlıq gətirdi
Bizi izləyin

Ekopublika.az

ARDNŞ DESFA-nın səhmlərinin alınması məsələsinə aydınlıq gətirdi

Xəbər verdiyimiz kimi, ARDNŞ tərəfindən Yunanıstanın Qaz Nəqli Sisteminin Operatoru olan DESFA şirkətinin səhmlərinin 66%-nın alınması barədə Avropa İttifaqı antiinhisar orqanlarına alqı-satqı prosesinin rəsmiləşdirilməsi məqsədi ilə göndərilmiş sonuncu bildiriş kontekstində daha dərin araşdırmaların aparılması üçün Avropa Komissiyası tərəfindən II mərhələnin açılışı müəyyən edilib.

II mərhələdə aparılan araşdırmalar, adətən, 90 iş günü ərzində həyata keçirilir.

Publika.az-ın ARDNŞ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, yekun qərarın 2015-ci ilin birinci yarısında veriləcəyi gözlənilir.


ARDNŞ Avropa Komissiyasının müvafiq xidmətləri tərəfindən bu prosesə sərf edilmiş və ediləcək zaman, səy və resursları yüksək qiymətləndirir və qısa müddət ərzində bu prosesin başa çatdırılması üçün Komissiya ilə konstruktiv əməkdaşlığı davam etdirəcəyini bildirir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm