Ekopublika.az
Bakının əmlak bazarında yeni qiymət təlatümü gözlənilir
Keçmiş Sovetski adlandırılan ərazidən 10 minə yaxın ailənin köçürülməsi planı əmlak bazarına yeni axının yaranmasına gətirib çıxaracağı gözlənilir. Evlərin köçürülməsi fondunda yalnız nağd konpensasiyaların ödənilməsi “yeni evsizlərin” mənzil axtarmasına səbəb olacaq. Bu isə artıq 10 min alıcı deməkdir.
Paytaxtın əmlak bazarına qısa zamanda minlərlə alıcının daxil olması isə birmənalı şəkildə tələbin yüksəlməsinə və nəticədə qiymət artımlarına gətirib çıxaracaq. İqtisadçı – Ekspert Vüqar Bayramov bildirib ki: “Bu baxımdan, ötən il mənzil bazarında müşahidə edilən artımlarının 2014-ci ildə də davam edəcəyi gözlənilir. Müstəqil hesablamalara görə, 2013-cü idə paytaxtın mənzil bazarında 12 faizə yaxın qiymət artımları qeydə alınıb.
Eyni zamanda, bu artımların sadəcə tələbatın artmasl deyil, eyni zamanda bazara dolayı olsa da nəzarət edənlərin süni alətlərdən istifadə etməsi nəticəsində baş verir. Konpensasiyaların məbləğini nəzərə alaraq Bakıda mərkəzə yaxın rayonlarda əsasa 2 otaqlı mənzillərə, nisbətən kənar ərazilərdə isə 3 və daha çox otaqlı evlərə tələbatın artacağı gözlənilir. Konpensasiya məbləğlərinin şəhərin mərkəzindəki evlərə tələbat yaratmamasına baxmayaraq əmlak bazarındakı qiymət artımları paytaxtın mərkəzi hissələrinə də nüfuz edəcəyi proqnozlaşdırılır.
Son ev köçürmələri bazara iqtisadi təsir göstərməklə yanaşı eyni zamanda psixoloji olaraq da qiymət artımlarını şərtləndirəcək. Belə ki, bi il üçün proqnozlaşdırılan qiymət artımlarından ehtiyatlanan potensial alıcılar daha qisa zamanda, yəni gözlənilən qiymət yüksəlmələri baş vermədən öncə, mənzil problemii həll etməyə çalışacaqlar ki, bu da mənzil bazarında əlavə tələb formalaşdıracaq.
Təbii ki, bu da qiymətlərin yüksəlməsini tezləşdirməklə yanaşı daha ciddi artımlara gətirib çıxaracaq. Digər tərəfdən, mənzil bazarındakı “dillerlərin” evlərə görə konpensasiyanın ödənilməsi faktından yararlanaraq süni şəkildə qiymət artımlarına gedəcəyi güman edilir.
Artıq mənzil bazarında süni qiymət artımları müşahidə edilməkdədir. Kompensasiyaların məbləği hələlik hesablanır, ödənişə yeni başlanılır amma bazarda qiymət artımları müşahidə edilir. Əslində, Bakınin yeniləşməsinin qiymət artımlarına gətirib çıxarmaması üçün vətəndaşlara nağd şəkildə konpensasiyalar deyil, onların sökülən evlərinin müqabilində uyğun mənzillərin təklif edilməsid daha məqsəduyğunudr.
Bu zaman, otaqların sayına uyğun olaraq yaxın ərazilərdə uyğun mənzil təklif edilə bilər. Oxşar təcrübədən Rusiya və Qazaxıstanda istifadə edilib. Bu zaman, dövriyyəyə nağd pul kütləsi və eyni zamanda bazara yeni alıcılar daxil olmur. Bu isə, paytaxtdakı yeniləşmə planlarının məzil bazarına təsirlərini minimumlaşdırır”.
Vuqar Bayramov
-
Nida Xəbər 11:28
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?