• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Neçə milyard dollarlıq xarici ticarət aparılıb?

Neçə milyard dollarlıq xarici ticarət aparılıb?

Ölkənin rezidentləri dünyanın 149 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib.

105 ölkəyə əmtəə ixrac olunub, 141 ölkədən idxal həyata keçirilib. Publika.Az Statistika Komitəsinə istinadən bildirir ki, xarici ticarət dövriyyəsi iştirakçılarının 29-u Amerika, 49-u Avropa, 38-i Asiya ölkələri və digərləridir.

İl ərzində xarici ticarət dövriyyəsi 43,5 milyard ABŞ dolları olub. 2012-ci illə müqayisədə 2,7 faiz artıb. Dövriyyənin 32,8 milyard dolları ixracın, 10,7 milyard dolları idxalın payına düşmüş, nəticədə 22,1 milyard dollarlıq müsbət saldo yaranıb.

İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil edib.

Qeyri-neft məhsullarının ixracı 2012-ci illə müqayisədə 6,0 faiz artaraq 1773,0 milyon dollar olub. Adambaşına düşən qeyri-neft məhsullarının ixracı 8,3 dollar artaraq 190,7 dollara bərabər olub.

Leyla

Xəbər lenti

DAHA ÇOX XƏBƏR