Avropa “Nabucco”nu yenidən gözdən keçirməlidir - Putin TANAP-ı ələ keçirir
Bizi izləyin

Ekopublika.az

Avropa “Nabucco”nu yenidən gözdən keçirməlidir - Putin TANAP-ı ələ keçirir

Putinin “Cənub axını”ndan imtina etməsi bu siyasətçinin şahmat fiqurları ilə çox məşğul olduğunu göstərdi. O, gözlənilmədən addımlar atır. Bütün Avropa Rusiyanı sıxışdırdığı vaxt Putin qəfil dönüş etdi və bütün kartları qarışdırdı.

Publika.az xəbər verir ki, Argentinanın “El Cronista” nəşri Ankarada keçirilən Putin - Ərdoğan görüşünü şərh edərək “Cənub axını”ndan qəfil imtinanın geosiyasi nəticələrini araşdırıb.

Rusiya lideri Kremlin iqtisadi gücünü artırmaq və avropalı siyasətçilərin təzyiqlərinə alternativ üçün Avropanın qaz asılılığını saxlamağa çalışırdı. Belə məqamda “Cənub axını”ndan imtina şok effekti yaratdı. Putin nə etmək istəyir? Beyinlərdə bu sual var, lakin cavabın nə olduğunu heç kim bilmir.

Nəşr Avropanın aldanıldığını düşünür və hesab edir ki, Rusiya Azərbaycan qazının daşınması üçün Bakı və Ankaranın birgə layihəsi olan “Cənub qaz dəhlizi”nı ələ keçirmək istəyir. Rusiyanın Ankara və Bakı ilə yaxınlaşmasının arxasında bu dayanır. Əks təqdirdə, Kreml bu qəfil gedişi etməz və indiki vaxtda Türkiyəyə 6 faiz ucuzuna qaz satmazdı.

“El Cronista” Avropaya çıxış yolu kimi arxivə qoyulmuş “Nabucco”nu yenidən diriltməyi göstərir.
Avropa Birliyi Türkmənistan və Azərbaycan qazının çatdırılması üçün “Nabucco” qaz kəmərinin tikintisini yenidən gözdən keçirməlidir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm