• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

İpoteka kreditləri dayandırılıb? – Rəy

İpoteka kreditləri dayandırılıb? – Rəy

Mərkəzi Bankın banklara qarşı tələbləri sərtləşdirməsi bir sıra kreditlərin dayandırılması ilə bağlı xəbərlərə yol açıb.

Bu sıraya ipoteka kreditləri, tikinti şirkətlərinin daxili qaydalarla mənzillərini kreditlə satışı aid edilir. Məsələyə münasibət bildirən iqtisadçı ekspert Samir Əliyevin sözlərinə görə, Mərkəzi Bank təminatsız kreditlərin verilməsini qadağan edib: “Təminatsız kredit o deməkdir ki, krediti alarkən arxasında heç bir girov dayanmır.

Əgər ipoteka ilə ev alsanız arayış təqdim edərək aylıq gəlirlərinizi təsdiq etməlisiniz. Əgər gəlirlərinizi təsdiq edə bilmirsinizsə, o zaman ipoteka götürmək alıcı üçün məhdud olur.Bu həmişədən belə olub.

Sadəcə Mərkəzi Bankın tələbləri sərtləşdiyindən banklar da qaydalara uyğun bir çox kreditlərdə sərtləşdirmə əməliyyatı aparıblar”. İqtisadçı deyir ki, ipoteka və ev tikintisi ilə bağlı olan kreditlər tamam fərqlidir: “Ev tikintisi ilə bağlı olan kreditləri şirkətlər götürür və ev tikir.

Bunlar isə inşaat və əmlak kreditləri hesab olunur. Sonda tikilən evlərin kreditlə verilməsi ipoteka krediti adlanır. İnanmıram bu vaxtadək hansısa şirkət ipoteka kreditini iş yerindən arayışsız verib.

Çünki burada söhbət 1000 – 2000 manatdan deyil, 50 – 100 min matandan gedir. Yəni alıcının aylıq gəlirləri, aylıq xərcləri göz önünə qoyularaq ipoteka krediti verilir. Qeyrisi mümkün deyil”.

Odər Qəni

Xəbər lenti

DAHA ÇOX XƏBƏR