Gömrük Komitəsindən dövlət büdcəsinə daxilolmalar 9,6 faiz artıb
Bizi izləyin

Ekopublika.az

Gömrük Komitəsindən dövlət büdcəsinə daxilolmalar 9,6 faiz artıb

Dövlət Gömrük Komitəsi (DGK) 2014-cü ilin yanvar-noyabr aylarında gömrük rüsumları və vergilərinin yığılması hesabına dövlət büdcəsinə 1 378,7 milyon manat vəsait köçürüb ki, bu da illik proqnozun 90,7 faizini təşkil edir.

Publika.az Komitənin rəsmi saytına istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə gömrük yığımlarından dövlət büdcəsinə daxilolmalar 9,6 faiz artıb.

Məlumata görə, yanvar-noyabr aylarında gömrük rüsumlarından dövlət büdcəsinə daxilolmalar 256,85 milyon manat, idxal edilən malların əlavə dəyər vergisi 910,45 milyon manat, aksizlər - 74,3 milyon manat, yol vergisi isə 16,15 milyon manat təşkil edib.

DGK-nın xətti ilə 2014-cü il üzrə ayırmaların proqnozu 1,52 milyard manat həcmində müəyyən edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm