Gələn il Rusiyanın idxalı 2 dəfə azalacaq
Bizi izləyin

Ekopublika.az

Gələn il Rusiyanın idxalı 2 dəfə azalacaq

2015-ci ildə Rusiyaya idxal 15 faizdən iki dəfəyə qədər azalacaq. Analitiklərin proqnozlarına görə, idxalın azalmasına rublun devalvasiyası səbəb olacaq.

Publika.az xəbər verir ki, 2015-ci ildə hazırkı kursun 1,5-2 dəfə azalması gözlənilir. Ekspertlər Rusiyanın cari ili idxalın 8 faiz azalması ilə başa vuracaqlarını deyirlər. Məlum olur ki, antisanksiya tədbirləri artıq idxalın 7 faiz azalmasına yol açıb. 2009-cu ildəki böhran dövründə də belə olduğunu xatərladan ekspertlər bildirirlər ki, idxal həmin vaxt 36 faiz azalmışdı. Onların fikrincə, 2015-ci ildə proseslər 2009-cu ildəkindən fərqli olacaq. Rəsmi məlumatlara əsasən 2014-cü ildə idxal 310 milyard dollar, 2015-ci ildə 263 milyard dollar olacaq. Artıq cari ilin yanvar-oktyabr aylarında federasiyaya idxal 6,2 faiz azalaraq 241,9 milyard dollara düşüb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm