Vergi Auditi Departamenti də ləğv olundu – RƏSMİ AÇIQLAMA
Bizi izləyin

Ekopublika.az

Vergi Auditi Departamenti də ləğv olundu – RƏSMİ AÇIQLAMA

Vergilər naziri Fazil Məmmədovun əmri ilə Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti və Bakı şəhəri Vergilər Departamenti ləğv edilib.

İki qurumun ləğvindən sonra ixtisarların aparılacağı haqda iddialara Vergilər Nazirliyi aydınlıq gətirib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, vergi orqanları tərəfindən nəzarət funksiyalarının həyata keçirilməsi mexanizminin müasir tələblərə uyğun təkmilləşdirilməsi məqsədilə həmin departamentlərin ştat vahidlərinin hesabına Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti yaradılıb.

Ləğv edilmiş departamentlərin işçi heyəti tam şəkildə yeni yaradılan Departamentdə işlə təmin olunub. Bu zaman ixtisarlara yol verilməyib, əkisnə, Departament mövcud strukturların ştatları hesabına əlavə işçi heyəti ilə komplektləşdirilib.

Məlumat üçün bildiririk ki, 46 ölkənin daxil olduğu Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (İOTA) məlumatına əsasən, vergi inzibatçılığı yüksək səviyyədə elektronlaşdırılmış Azərbaycan Respublikası Vergilər Nazirliyi topladığı vergilərin məbləğinə görə ən az sayda işçisi olan vergi orqanlarından biridir. Yaxın gələcəkdə ölkənin vergi orqanlarında ştatların ixtisarı gözlənilmir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm