Zərərlə işləyən bankların sayı açıqlandı
Bizi izləyin

Ekopublika.az

Zərərlə işləyən bankların sayı açıqlandı

Bu ilin əvvəlindən 5 bank zərərlə işləyib. Bank sisteminin cəmi zərəri (zərərlə işləyən banklar üzrə) -4,037 milyon manat olub.

Publika.az Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların zərəri artıb. Belə ki, 2014-cü ilin yanvarında bu rəqəm -2,85 milyon manat idi. Bank sisteminin cəmi mənfəəti (mənfəətlə işləyən banklar üzrə) 70,94 milyon manat olub.

Məcmu kapitalın həcminə görə bankların vəziyyətinə gəlincə, 4 bankın məcmu kapitalı 50 milyon manata qədərdir. Ümumi bank kapitalında xüsusi çəkisi 0,7 faiz olub. 23 bankın məcmu kapitalı 50 mln. manatdan - 60 mln. manatadək olub. 9 bankın məcmu kapitalı 60 milyon manatdan, daha 9 bankın məcmu kapitalı 100 milyon manatdan yuxarı təşkil edir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm