Tahir Rzayev: “Xərcləri gəlirlərlə müqayisə etməməliyik”
Bizi izləyin

Ekopublika.az

Tahir Rzayev: “Xərcləri gəlirlərlə müqayisə etməməliyik”

“I Avropa Oyunları Azərbaycana təkcə iqtisadi deyil, beynəlxaql arenada nüfuzunun genişlənməsi baxımından da əhəmiyyətlidir”.

Bunu Publika.az-a açıqlamasında millət vəkili Tahir Rzayev deyib. O bildirib ki, ölkə oyunların iqtisadi səmərəsini qısa müddətdə deyil, uzunmüddətli dövrdə hiss edəcək: “Təəssüflər olsun ki, müəyyən qüvvələr qarayaxma ilə məşğul olmaq istədilər. Amma onların bütün kampaniyaları alt-üst olub. Çəkilən xərclərdən narahat olmağa dəyməz. Gələcək illərdə bütün bu xərclər ölkənin özünə qayıdacaq. Bu, gələn turistlər və eyni zamanda xarici iş adamlarının Azərbaycan adlı ölkəyə investisiya qoymaq təşəbbüsü sayəsində baş verəcək”.

Millət vəkili bildirir ki, inşa edilən infrastrukturlar sonrakı dövrdə qlobal və beynəlxalq yarışların keçirilməsi üçün istifadə ediləcək: "Azərbaycan İslam, Avropa Çempionatının yarımfinalını və digər beynəlxalq oyunları keçirməklə bağlı artıq razılıq əldə edib. Bu o deməkdir ki, xərcləri gəlirlərlə müqayisə etməməliyik. Çünki növbəti mərhələdə ciddi xərcləmələr olmadan digər beynəlxalq oyunları təşkil etmək mümkün olacaq. Praktik olaraq, ölkəmiz növbəti beynəlxalq yarışların təşkil edilməsi üçün bütün bazanı formalaşdırıb. Deməli, növbəti illərdə çox cüzi xərclər ilə beynəlxalq yarışlar təşkil etmək və gəlir əldə etmək mümkün olacaq. Bu isə Avropa Oyunlarının əsas starteji iqtisadi üstünlüyüdür. Bu oyunların təşkilinə xərclənən vəsait uzunmüddətli dövrdə yaradılan infrastrukturdan istifadə və gəlir əldə etməyə şərait yaradacaq. Bu da imkan verəcək ki, Azərbaycan növbəti dövrlərdəki oyunlar ərəfəsində xərcləri cari və strateji gəlirlər hesabına kompensasiya edə bilsin”.

T.Rzayev ölkəyə təkcə 5 min nəfərdən artıq turistin gəlişinin gözlənildiyini dedi: “Mən hələ jurnalistləri, idmançıları, ictima-siyası xadimləri demirəm. Bu şəxslər təkcə oyunlarda iştirak etməyəcəklər. Həm də yerli otellərdə qalacaqlar, restoranların xidmətlərindən istifadə edəcəklər, pərakəndə ticarət şəbəkələrindən alış veriş edəcəklər. Bütün bu xərclərdən gələn gəlir ölkənin büdcəsinə daxil olacaq”.

Millət vəkili I Avropa Oyunlarının indiyə qədərki xeyirlərindən də söz açdı. Bildirdi ki, tikilən komplekslərdə, eləcə də digər infrastruktur layihələrində yüzlərlə insan işləyir.

“Bu da iş yeri və maaş deməkdir: Azərbaycan idman sahəsində çox gəlirli bir istiqamətə doğru addım atıb”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm