Qiymətli kağızlar bazarında əməliyyatların həcmi 22 faiz artıb
Bizi izləyin

Ekopublika.az

Qiymətli kağızlar bazarında əməliyyatların həcmi 22 faiz artıb

Bu ilin birinci rübü ərzində qiymətli kağızlar bazarında əməliyyatların həcmi 22 faiz artaraq 4,9 milyard manat olub. Bu da ölkə ÜDM-nin 42,4 faizinə, qeyri-neft ÜDM-nin isə 62,1 faizinə bərabərdir.

Publika.az Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, hesabat dövrü ərzində korporativ qiymətli kağızlar bazarında əqdlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz, həcmi isə 14 faiz artaraq 645,8 milyon manat təşkil edib.

Maliyyə sektorunda likvidliyin daralması investisiyaların səhm qiymətli kağızlarından daha likvid korporativ qiymətli kağızlara axını nəticəsində səhm bazarında əməliyyatların sayının artmasına baxmayaraq əməliyyatların həcmi 77 faiz azalaraq 53 milyon manat təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm