6 ayda hansı ölkələrlə ticarət aparmışıq?
Bizi izləyin

Ekopublika.az

6 ayda hansı ölkələrlə ticarət aparmışıq?

2015-ci ilin yanvar-aprel aylarında xarici ölkələrlə 7673,4 milyon ABŞ dolları məbləğində ticarət, o cümlədən 4270,3 milyon dollarlıq ixrac və 3403,1 milyon dollarlıq idxal əməliyyatları aparılıb.

Publika.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə 867,2 milyon dollarlıq müsbət saldo yaranıb.

2014-cü ilin yanvar- aprel aylarına nisbətən əmtəə mübadiləsinin dəyəri müqayisəli qiymətlərlə 15,4 faiz artıb. Ticarət əlaqələrinin 88,8 faizi və ya 6815,2 milyon dolları MDB üzvü dövlətləri istisna olmaqla digər dövlətlərlə, 11,2 faizi, yaxud 858,2 milyon dolları MDB üzvü dövlətləri ilə həyata

keçirilib. Bu ölkə qrupları ilə ticarət dövriyyəsinin fiziki həcmi müvafiq olaraq 20,1 faiz artıb və 5,6 faiz azalıb. Xarici ticarət dövriyyəsi iştirakçılarının 45-i Avropa, 20-si Amerika, 40-ı Asiya ölkələri və digərləridir. Ticarət əlaqələrinin 46,4 faizi və ya 3558,7 milyon dollarlıq hissəsi Avropa İttifaqı ölkələri ilə həyata keçirilib. MDB üzvü dövlətləri istisna olmaqla digər dövlətlərə ixrac olunmuş malların dəyəri müqayisəli qiymətlərlə 17,1 faiz artıb. 4144,2 milyon dollar həcmində məhsul göndərilib. MDB ölkələrinə ixrac olunan malların həcmi 36,0 faiz azalaraq 126,1 milyon dollar təşkil edib. 2015-ci ilin yanvar-aprel aylarında ölkəmizə idxal olunan malların 2671,0 milyon dollarlığı MDB üzvü dövlətləri

istisna olmaqla digər ölkələrdən daxil olub. İdxalın 21,5 faizi və ya 732,1 milyon dolları MDB üzvü dövlətlərinin, 26,8 faizi və ya 911,0 milyon dolları Avropa İttifaqı ölkələrinin, 51,7 faizi və ya 1760,0 milyon dolları isə digər dövlətlərin hesabına formalaşıb.

Xarici ticarət dövriyyəsinin beşdə dörd hissəsindən çoxu (85,8 faizi) İtaliya, Almaniya, ABŞ, Rusiya, Türkiyə, Fransa, İndoneziya, İsrail, Çin, Avstriya, Yaponiya, Çexiya, Gürcüstan, İspaniya, Tunis, Böyük Britaniya, Tailand, Hindistan, Ukrayna, Niderland dövlətlərinin hesabına formalaşıb. Ölkəmizə idxal olunan malların ümumi həcminin 16,0 faizi Rusiyanın, 15,4 faizi ABŞ-ın, 12,9 faizi Türkiyənin, 7,8 faizi Almaniyanın, 5,6 faizi Yaponiyanın, 5,4 faizi Çinin, 4,7 faizi İtaliyanın, 3,8 faizi Böyük Britaniyanın, 3,1 faizi Ukraynanın, 2,6 faizi Fransanın, 2,4 faizi Sinqapurun, 1,5 faizi Koreyanın, hər birində 1,2 faiz olmaqla Avstriya və Norveçin, 16,4 faizi isə digər ölkələrin payına düşür.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm