• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Prezident Dövlət Neft Fondunun 2014-cü il büdcəsinin icrasını təsdiq etdi - CƏDVƏL

Prezident Dövlət Neft Fondunun 2014-cü il büdcəsinin icrasını təsdiq etdi - CƏDVƏL

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2014-cü il büdcəsinin icrası haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2014-cü il büdcəsinin icrası, gəlirlər 12 731 016,7 min manat, xərclər 10 117 207,4 min manat və ya Fondun 2014-cü il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 109,5 faiz, xərclər üzrə 95,5 faiz səviyyəsində olmaqla, aşağıdakı kimi təsdiq edilsin:

Sıra

N-si

Göstəricilər

min manatla

Gəlirlər cəmi:

12 731 016,7

o cümlədən:

1.

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)

12 319 846,6

2.

Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər

1 661,1

3.

Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər

8 910,2

4.

Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən ödənilən bonuslar (mükafatlar)

13 344,3

5.

Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlər

387 204,8

6.

Digər gəlirlər və daxilolmalar

49,7

Xərclər cəmi:

10 117 207,4

o cümlədən:

1.

Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi

299 998,2

2.

Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinə transfert

9 337 000,0

3.

Samur- Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi

80 220,9

4.

Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi

57 040,3

5.

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramının maliyyələşdirilməsi

33 493,7

6.

Türkiyə Respublikasında "Star" neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi

223 538,3

7.

“Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrinin idarə edilməsi məqsədi ilə təsis edilmiş qapalı səhmdar cəmiyyətinin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi

39 999,3

8.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər

45 916,7

Xəbər lenti

DAHA ÇOX XƏBƏR