• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Təsadüfən varlanan qadınlar – SİYAHI

Təsadüfən varlanan qadınlar – SİYAHI

“Forbes” jurnalı dünyada öz biznesini sıfırdan qurub-yaradan 15 biznes ledinin siyahısını hazlrlayıb.

Publika.az “Forbes”ə istinadən xəbər verir ki, siyahıda ilk yerdə 4,5 milyard dollar sərvətlə “Theranos”un sahibəsi Elizabet Xolms gəlir. 31 yaşlı bu qadın Stiv Cobsun həyat hekayəsindən ilham alaraq universiteti yarımçıq buraxlb və texnologiya ilə maraqlanmağa başlayıb.

Siyahının ikinci pilləsində müğənni Beyons gəlir. 33 yaşlı müğənninin sərvəti 250 milyon dollardır. Üçüncü sırada “Yahoo”nun baş direktoru 40 yaşlı Marissa Mayer gəlir. Bu qadının 380 milyon dolları var. İllik maaşı isə 42 milyon dollardır.

“Houz”un sahibəsi Adi Tatarko 300 milyon dolları ilə dördüncü sırada gəlir. Biznesini qurmaq ideyası onda mənzilini təmir edərkən yaranır. Əri ilə birlikdə onlayn dizayn saytını yaradırlar.

“Spanx” şirkətinin yaradıcısı Sara Bleiklinin isə 1 milyard dolları var. Biznesinə yaşadığı mənzildə başlayan Breykli bir gün milyarder olacağını xəyal belə etmirmiş.

Siyahıda daha bir İT mütəxəssisi Şeril Sendberqin də adı yer alır. “Facebook”un əməliyyat direktorunun 1,07 milyard dolları var.

“YouTube” prezidenti Syuzen Voyçiçki də onluğa daxildir. 300 milyon sərvəti olan bu qadın “Google”dəki yüksək postunu buraxaraq “YouTube” gəlib.

Keçmiş jurnalist Tori Berç isə geyim dizayneri kimi 1 milyard sərvət toplayıb. İstehsalı ona məxsus “Reva” çəkmələri bütün dünyada məşhurdur.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR