70-80 yaşlı qadınların dəb ehtirası – FOTOLAR
Bizi izləyin

Layihə

70-80 yaşlı qadınların dəb ehtirası – FOTOLAR

Kim deyir ki, müəyyən yaşdan sonra gözəl görünmək, zövqlə və yaxşı geyinmək, trendlərlə ayaqlaşmaq olmaz? Məncə, yaşa görə geyinmək fəlsəfəsini daxili dünyasını gizlətməyə və öz arzularını boğmağa çalışanlar uydurub. Gəlin, etiraf edək ki, qocalanda da gözəl geyinməyi ancaq yüksək zövqə və həssas qəlbə malik olan qadınlar bacarır. Dünya ulduzları isə isbat edirlər ki, illər keçdikcə zövq daha yaxşı formalaşır və müəyyən üslub yaranır. Publika.az-ın “9 don” layihəsi çərçivəsində bu həftə yaşı 60-ı keçməsinə baxmayaraq, hər zaman çəkici görünən və gözəl geyinən qadınlardan danışacağıq. Bu xanımlar bir daha sübut edir ki, yaş sadəcə rəqəmlərdir, üslub və zövq isə illər ötdükcə yaxşılaşır. Bu modellərə dəbli nənələr deməyə adamın heç dili də gəlmir. Onlar füsunkar pərilərdir...

83 yaşlı Karmen Dell

Кармен Делль‘Орефиче

Karmen Dell modellik fəaliyyətinə 14 yaşından başlayıb.

Кармен Делль‘Орефиче

O, indiyədək podiuma çıxmağa davam edir. Buna görə o, ən uzun modellik karyerası ilə Ginnesin rekordlar kitabına düşüb. Karmen incə ziyalı zahirini sakit rənglər və zərif geyimlərin köməyi ilə vurğulayır. Hərdən bir ki, parlaq aksentlər əlavə edir.

Кармен Делль‘Орефиче

83 yaşlı model bütün həyatını podiuma həsr edib. Nəyi necə geyinməyi, əlbəttə, yaxşı bacarır. “Prada”-nın çanta və ayaqqabılarına heyrandır. Rahat, amma şıq geyimlərə üstünlük verir. Platformalar isə yeganə ayaqqabı modelidir ki, 83 yaşlı gözəl onlarda özünü inanılmaz dərəcədə yüksək və cavan hiss edir.

Кармен Делль‘Орефиче

Ayris Apfel 93 yaş

Айрис Апфель

Ayris Apfel deyəsən, zəmanəmizin ən "yaşlı" dəb ikonası sayılır.

Айрис Апфель

Ayris Apfel parlaq rəngli dəriləri, parlaq naxışları və heyvan printlərini çox sevir.

Айрис Апфель

Amerikalı dizayner yumru eynək kolleksiyasının həvəskarıdır. O, adətən iri bijuteriya və parlaq dodaq boyalarına üstünlük verir.

Айрис Апфель

Loren Xatton 71 yaş

Лорен Хаттон

Amerikalı aktrisa və super model Loren Xatton heyrətamiz dərəcədə müasirdir.

Лорен Хаттон

Ulduz zərif və incə paltarlarda-futlyarlarda, demokratik cins şalvarda, köynəklərdə və idman ayaqqabılarında qüsursuz görünür.

Лорен Хаттон

Adətən maskulin tərzində geyinir.

Лорен Хаттон

Dayan Kiton 69 yaş

Дайан Китон

“Oskar”- lı aktrisa həm qırmızı xalı üzərində, həm də gündəlik həyatda yumru şlyapasından ayrılmır.

Дайан Китон

Bu şux aksessuar onun obrazının əsas detalıdır. Dayan Kiton hətta gənc həmkarları ilə dəb yarışında qalib gələ bilər.

Дайан Китон

Diana Fon Fyurstenberq 75 yaş

Диана фон Фюрстенберг

Dizayner Diana Fon Fyurstenberq öz kolleksiyalarının ən yaxşı reklam siması həmişə özü olub.

Диана фон Фюрстенберг

Modelyer mürəkkəb rənglərə, lakin sadə siluetləri üstünlük verir. Aksessuarlara gəldikdə o, daha çox iri qolbaqlar və günəşdən qoruyucu eynəklər seçir.

Диана фон Фюрстенберг

Диана фон Фюрстенберг

Ceraldin Çaplin 70 yaş

Джеральдин Чаплин

Çarli Çaplinin qızı Ceraldin eyni üslubda dayanmır, o, Koko Şanelə olan bənzərliyindən istifadə edir.

Джеральдин Чаплин

Koko Şanel kimi tvid parçadan tikilən pencəklərə üstünlük verir. Qırmızı xalıda ziyafət libasları və zərif stilettolar əvəzinə o, atasının xatirəsini yad etmək üçün ağ-qara kostyumlarda və kişi üslubunda ayaqqabılarda görünür.

Джеральдин Чаплин

Cessika Linq 65 yaş

Джессика Лэнг

“Oskar”lı diva, həm də Mixail Barışnikovun eks sevgilisi Cessika Lenqin zərifliyini ifadə etmək imkansızdır. O, əsl zəriflik və kübarlıq simvoludur.

Джессика Лэнг

Cessika qırmızı xalı mərasimlərində adətən, dəbdəbəli geyimlərdə, klassik siluetlərdə görünür.

Джессика Лэнг

Meril Strip 65 yaş

Мерил Стрип

Meril Strip obrazlarını hər zaman yerinə və məkana uyğun seçir. Aktrisa çox bəzənib-düzənməyi və təmtəraqlı görünməyi sevmir.

Мерил Стрип

Yeri gəlmişkən, qırmızı xalı üzərində və kütlə qarşısında poza vermək aktrisanın sevimli məşğuliyyəti deyil. Son vaxtlar ulduz daha çox qəşəng şalvarlara və pencəklərə üstünlük verir.

Мерил Стрип

Helen Mirren 69 yaş

Хелен Миррен

Taclı kraliça rollarını əbəs yerə Helen Mirrenə etibar etmirlər. Məlahətli və işvəli aktrisa real həyatda özünü ləyaqətli və əsl aristokrat xanımlar kimi aparır.

Хелен Миррен

Onun qarderobuna klassik gecə libasları və zərif təmkinli dəstlər daxildir.

Хелен Миррен

Ceyn Fonda 77 yaş

Джейн Фонда

Ceyn Fonda 77 yaşında gənc həmkarlarını qısqandıra bilir.

Джейн Фонда

Zərif bədən quruluşu, gözəl təbəssümü və qüsursuz üslubu ilə gənc həmkarlarından qətiyyən seçilmir.

Джейн Фонда

Aktrisa qırmızı xalı mərasimlərinə çox vaxt kombinezon və birrəngli dəstlərdə təşrif buyurur.

Джейн Фонда

Sofi Loren 80 yaş

Софи Лорен

Sofi Loren 80 yaşında belə XX əsrin ən seksual qadınlarından biri statusunu qoruyub saxlayır.

Софи Лорен

Zərif, ehtiraslı və cazibəli üslubuna həmişə sadıq qalır. Təmtərağa, parıltıya və dekolteli paltar geyinməsinə baxmayaraq, Loren heç vaxt kobud və həyasız qadınlar kimi görünmür.

Софи Лорен

Ceyn Seymur 64 yaş

Джейн Сеймур

Ceyn Seymur yaşını gizlədən qadınlardan deyil, o, yaşı ilə qürur duyur. Aktrisaya baxanda heç deməzsən ki, onun 64 yaşı var. Ulduz biçimli ayaqlarını nümayiş etdirməyə imkan verən dizdən uzun olan paltarlara üstünlük verir. Ceyn Seymur parlaq rənglərin gücündən qorxmur.

Джейн Сеймур

Джейн Сеймур

Karolina Herrera 75 yaş Karolina

Каролина Эррера

Karolina gözəl gecə libasını adi ağ köynəklərlə birləşdirir. O, həmişə zərif və incə görünür, müxtəlif stilləri sınaqdan keçirərək bizi təəccübləndirməkdə davam edir və bu zaman bayağı görünmür.

Каролина Эррера

Каролина Эррера

P.S Əsl qadın öz həqiqi dünyasında yaşayır və üstünlüklərindən istifadə edir. O, müəyyən yaşdan sonra nəyəsə gecikmək haqqında özünə əhvalatlar uydurmur. İstənilən yaşda qadın onu gözəl göstərən geyimləri özünə qadağan etməməlidir. Təəssüf hissi ilə yaşamaqdansa, parlaq rənglərin gücündən və enerjisindən istifadə etməkdən qorxmayın. Lakin bu, o demək deyil ki, siz özünüzü cavan göstərməyə çalışmalısınız. Qətiyyən! Əsl qadın hər yaşın öz gözəlliyi və cazibəsi olduğunu və ondan necə istifadə etmək lazım olduğunu yaxşı bilir. Biz də bu yazıda həmin məntiqi çatdırmağa çalışmışıq... Gözəl görünmək üçün yaşın fərqi yoxdur!

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm