Layihə
Fransız xanımlardan gözəl qocalmaq dərsi - FOTOLAR
Yaşı 50-ni haqlayan fransız xanımların gözəlliyi və zərifliyi, sadəcə heyrət doğurur. Heç kimdən çəkinmədən dizdən yuxarı yubka geyinir və çox gözəl görünürlər. Onları dərilərinin ideal olmadığı da narahat etmir. Fransız xanımların zərif üslubu turistləri də heyran edir. Çünki fransız xanımları qocalmaqdan qorxmur və istənilən yaşda özünü çox rahat hiss edirlər. Bu yazının əsas qəhrəmanları da elə fransız qadınlarıdır.
Publika.az-ın “9 don” layihəsi çərçivəsində oxucuları Rebekka Planterin “Gözəl qocalmaq dərsləri: fransız qadınların sirri" kitabından 10 qızıl qayda ilə tanış edəcəyik.
1. Ahıl çağınadək aktiv həyat tərzi
Fransada asudə vaxtı səmərəli keçirmək milli mədəniyyətin tərkib hissəsidir. Odur ki, yaşından asılı olmayaraq, hər fransız yürüşə çıxır, dağlara dırmanır, tennis oynayır, parklarda qaçır, xizəklə sürüşməyi sevir. Üstəlik, bütün bunlar fransız xanımları üçün idman deyil, adi həyat tərzidir. Fransızlar hətta məzuniyyət üçün yer seçəndə də passiv istirahət deyil, daim hərəkət imkanı yaradan məkanlara üz tuturlar. Amerikalılardan fərqli olaraq, onlar özünü idmanla yükləmir. Rebekka kitabda qeyd edib ki, istənilən ağır idman qadın sağlamlığı üçün təhlükəlidir.
2. Yumor hissi ən güclü antioksidantdır!
Məşhur fransız sarkazmı xanımlara yaşını və qocalığını drammatikləşdirməməyə kömək edir.
3. Nümunəvi yemək mədəniyyəti
Hamıya məlumdur ki, fransızlar yeməyə düşkündür, lakin amerikalılardan fərqli olaraq, onlarda yemək mədəniyyəti incə və gözəl alınır. Fransızlar, ümumiyyətlə, çox az yeyir, mini-porsiya və şərabla kifayətlənir. Maliyyə imkanları varsa, fransızlar restoran və kafelərdə yaxşı dost əhatəsində yeməyi də çox sevir. Bütün bunlar, əlbəttə ki, ideal bədən ölçülərini qoruyub saxlamağa kömək edir. Jurnalistin sözlərinə görə, 20 və 40 yaş arasında fransız xanımlarının çəkisində kəskin fərq müşahidə edilmir.
4. Fransızlar yaşlandıqca özünə məhdudiyyət qoymur!
Rebekka yazır ki, fransız analar uşaqlarını ana südü ilə bəsləyir. Uşaqlar böyüyüb daha az diqqət tələb edəndə bütün boş vaxtını özünə ayırır: Öz əyləncələrinə daha çox pul xərcləyir, tək səfərə çıxır, daha bahalı paltar alırlar. Fransız qadınları uşağı üçün yaxşı oyun cihazları əvəzinə, özünə bir cüt bahalı ayaqqabı aldığına görə 40 il vicdan əzabı çəkmir. Hətta onların fikrincə, bunu yeganə düzgün tərbiyə üsulu hesab etmək olar: get işlə, özün qazan, istədiyini al!
Fransada yaşlı xanımların oturub nəvələrinə baxması da müsbət hal kimi qiymətləndirilmir. Orada heç kəs nənəni pulsuz işləyən dayə hesab etmir!
5. Əsas meyar: qiymət və keyfiyyət
Fransa sakinləri paltarların keyfiyyətinə çox həssaslıqla yanaşır. Paltarın materialını diqqətlə nəzərdən keçirir, pis tikilən köynəyi və ya kənarlarından əyri-üyrü saplar çıxan jaketi geyinmir, başqalarına da məsləhət görmürlər. Yaşa dolduqca fransız qadınlarının qarderobu kiçilir, əvəzində isə oraya xeyli bahalı və keyfiyyətli paltarlar daxil olur! Orta gəlirli qadınlar belə özünə qiymətli və rahat geyimlər alır. Hər fransız qadının qarderobunda kəşmir palto, ipək köynək, yaxşı ayaqqabı və heç olmasa, bir bahalı çanta tapmaq olar.
Bir azərbaycanlı üçün qızıl-zinət əşyaları ağıllı sərmayə hesab edilirsə, fransız qadın üçün tanınmış moda evinə aid olan çanta və ayaqqabı ağıllı xərcdir.
6. Yaşlananda evdə oturmağı seçmirlər
Fransızlar üçün asudə vaxtı evdə televizor qarşısında keçirmək beyni kütləşdirməyə bərabərdir. Xüsusi qeyd etməliyik ki, baxımlı fransız xanımları yenicə ana olanda belə aktiv sosial həyatdan tamamilə qopmur. Onların uşaqları özünə baxacaq qədər böyüyübsə, daimi diqqət tələb etmirlərsə, deməli, əyləncə gecələrinə, qonaqlığa, kinoya və ya klublara getməyin vaxtıdır.
7. Yaşlanmaq xəstəlik deyil və müalicə tələb etmir
Fransızlar yaşa və qırışlara çox sakit yanaşır, hətta həddindən artıq süni kosmetoloji müdaxilələr onlarda kinayəli gülüşə səbəb olur. Başqa millətlərdən olan qadınlardan fərqli olaraq, fransızlar hesab edirlər ki, bəlli yaşlarda estetik əməliyyatla qırışların tamamilə aradan qaldırılması psixi problemlərin əlamətidir. Və bu cür əldə edilən gözəllik həmin qadınlara paxıllıq üçün əsas ola bilməz. Yeri gəlmişkən qeyd edək ki, Fransada plastik cərrahiyyə kosmetologiyadan daha az populyardır.
8. Yaraşanı istənilən yaşda geyinmək olar
Fransa istisna olmaqla, dünyanın heç bir ölkəsində 50 yaşından sonra qadınlar mini ətək, şort və dar cins geyinməyə cəsarət etmir. Başqalarının fikirlərindən asılı olmayan parisli xanımlar isə ancaq özləri üçün geyinir. Fransızlar ən qoca yaşına qədər özünə dizdən yuxarı yubkalar və dar lasinlər geyinməyə icazə verir. Fransada "Bu geyim yaşına uyğun deyil" anlayışı yoxdur, ana qızı ilə eyni paltarı geyinə bilər. Aydındır ki, yaşlandıqca zövq və maliyyə imkanları dəyişir. Bu zaman ölməz klassikaya daha çox üstünlük verilir.
9. Fəal cinsi həyat üçün yaş həddi yoxdur!
Fransada belə hesab edirlər ki, ömrün ikinci baharı 40-dan sonra gəlir: çox şey əldə olunub, səhvlərdən dərs çıxarılıb, böyük həyat təcrübəsi qazanılıb. Demək ki, həyatdan zövq almağın tam zamanıdır. Rebekka yazır ki, Fransada boşanmaların çoxu məhz bu yaş dövründə baş verir.
10. Həyatdan zövq almaq lazımdır, amma həddi aşmadan...
Rebekka hesab edir ki, qəhvə siqaretdən daha çox həzz verir. Odur ki, nikotindən və alkoqoldan imtina edin. Çünki bunlar bizim yatmağımıza və ya gecələr tez-tez oyanmağımıza səbəb olur.
Aytən
-
Magazin120:12
Aynişan ən gözəl anlarını belə yaşayır - FOTO
-
Sosial19:25
Prezidentin ad günündə AİLƏ FOTOSU
-
Sosial18:24
Ölkə üzrə dekabr ayının pensiyaları ÖDƏNİLDİ
-
Səhiyyə18:12
Cəlilabadda doğuşdan sonra əkiz körpələr vəfat etdi
-
Sosial17:57
Əli Əsədov qərar imzaladı
-
Dünya17:22
BƏD XƏBƏR: Yeni İl axşamı ZƏLZƏLƏ OLACAQ
-
Maraq dünyası16:42
Alimdən şok açıqlama: Çoxarvadlılığın İslama dəxli yoxdur, ərəb ənənəsidir
-
Yaxın Şərq16:22
Əli hər yerdən üzülən İrandan yeni plan: Görün nə yaratmağı təklif edir