Layihə
Evdə qalmamaq üçün bunu da icad etdi - İNANILMAZ FAKTLAR
"Qadınlar niyə tuşu ağzını açmadan çəkə bilmir?" Yəqin ki, siz də bu sual ətrafında dəfələrlə düşünmüsünüz... Cavabı tapmayanlara deyim ki, bunu hələ heç alimlər də müəyyən etməyib.
Qadınlar bütün dövrlərdə cəlbedici olmaq istəyiblər. Düzdür, müxtəlif əsrlərdə ideal gözəlliyə nail olmaq üçün ən ziddiyyətli nümunə və üsulları tətbiq olunub. Onların çoxunun sonu, hətta ölümlə nəticələnib. Etalonların dəyişməsi tuşun inkişaf tarixində də özünün parlaq əksini tapıb.
Qadın gözlərini daha çəkici edən, seksuallıq bəxş edən tuşun kosmetikasının 101 yaşı var. Qazıntılara görə, ilk tuş Qədim Misirdə icad edilib. Fironların həyat yoldaşlarının divar rəssamlığından ibarət təsvirlərinə nəzər salsaq, gözlərin qalın qara qələmlə haşiyəyə alındığı müşahidə edərik. Tərkibində neft olan təhlükəli his göz qapaqları və kirpiklərə çəkilərdi. Min illər bundan əvvəl yunan qadınları da tuşa oxşar vasitədən istifadə ediblər. Kişilərin xeyrinə inkişaf etmiş qədim yunan sivilizasiyasının ən yüksək dövrü, qadınlara göz makiyajını tamamlamaq üçün yalnız kül və rezin təklif edə bilərdi.
Qədim Romada daha davamlı tərkibli tuş icad olunub: kirpiklər su və üyüdülmüş qurğuşun qarışığı ilə örtülürdü. Gur və qalın kirpiklər naminə kübar cəmiyyətin bir çox üzvləri görmə qabiliyyətini itirsə də, təhlükəli gözəllikdən imtina edən qızların sayı azalmırdı.
Romanın süqutundan sonra qurğuşun tərkibli tuş uzun illər unudulur və yalnız Orta əsrlərdə yenidən gündəmə gələ bilir. Daha sonralar ağappaq dəri, yonulmuş qaş və kirpiklər dəbə minir. Çünki o zamanlar dini ehkamlar qadınlara minimum dərəcədə cəlbedici olmağı, dolayısı ilə yöndəmsiz görünməyi və ruhaniliyi təbliğ edirdi.
Müasir tuşun tarixi və evdə qalmaq qorxusu
Modernləşmiş tuş 19-cu əsrdə gənc ətriyyat alverçisi Yudjinu Rimmelyu sayəsində Fransada yaranıb, lakin təəssüf ki, onun ixtirası uğur qazanmayıb. Hətta makiyaj məsələlərində inkişaf etmiş Paris kurtizankaları və aktrisaları göz laynerindən istifadə edir, ətriyyat alverçiinin yeni ixtirasını - tuşu qətiyyətlə rədd edirdilər. Rimmelin icadı yalnız ixtira lüğətlərində qalır - bir neçə avropa dillərində "rimmel" tuş deməkdir. Və yalnız 20-ci əsrin əvvəllərində tuş qadın kosmetikasına daxil olaraq, həyatının ayrılmaz hissəsinə çevrilir.
20-ci əsrdə kinematoqrafiya inkişafının ilk dövrlərində cəlbedici gözlər dəbə minir. Belə ki, kimyagər Terri Uilyams kirpiklər üçün tuşu kəşf edir və bacısının şərəfinə Meybel adlandırır. Hansı ki, solğun kirpikləri üzündən qarımış qız olmaqdan dəhşətli dərəcədə qorxurdu.
Qayğıkeş qardaş fitri istedadını və ağlını işlədərək kömür tozcuqlarla vazelini qarışdırır, dar qaba əlavə edir və içinə balaca fırça yerləşdirir. Beləliklə o, dünyada bu gün bütün qızların böyük məmnuniyyətlə istifadə etdiyi tuşu kəşf edir, tezliklə tuş şirkəti yaradıb adını Meybel və vazelin sözlərindən götürüb "Meybelline" qoyur.
Meybel gənc qardaşı ilə birlikdə vazelinlə əldə edilən kosmetikanı "kirpik-qaş qarışığı" adı ilə satmağa qərar verir. Qadınlar bu kosmetikanı poçt yolu ilə rahatlıqla əldə edə bilirdi. 5 il sonra Meybel istifadəsi rahat olan tuş qutuları ilə kosmetika dünyasında inqilab edir. Bu kəşf təkcə uğurlu kosmetika şirkətinin qurulmasına səbəb olmur eyni zamanda, bacarığı sayəsində əldə etdiyi gözəlliklə gələcək həyat yoldaşını da yoldan çıxarır. Qarımış qız olmaq qorxusu tezliklə ötüşür və ona evlənmək təklifi edilir. Deyilənlərə görə, (Meybelin sevdiyi oğlan başqa bir qızı sevirdi) o, tuşu bacısına sevdiyi oğlanın qəlbini almağa kömək etmək məqsədi ilə icad edib.
19-ci əsrə kimi tuş, qadınların diqqətini cəlb etmir. Hollivud filmləri köməyə gəlir, burada böyük planlar qüsursuz bəzədilmiş rəngli gözlər tələb edirdi.
"Maybelline" tuşundan hollivudun bütün qrim ustaları istifadə etməklə makiyajın stil ikonlarının (Greta Garbo , Marlene Dietrich , Beth Davis) yaradılmasına xidmət edirlər. Tezliklə bütün qərb qadınları onlardan nümunə götürməyə başlayır. Tezliklə Terri Uilyamsun rəqibi meydana gəlir - "Max Factor" tuşa mum əlavə edərək kirpiklərin parlaqlığını artırmağa nail olur. İkinci böyük şirkət "Max Factor" brendi professional-vizajistlərin kosmetik məhsulu kimi tanınır. "Max Faxtor" şirkəti bir çox yeniliklərin müəllifi sayılır. Buraya üz üçün tonal kremlərdən başlayaraq süni kipriklərə qədər bir çox yeni məhsul aid etmək olar. "Max Factor" XX əsr Hollivud qlamur aktrisalarının obrazı üçün əvəzolunmaz vasitə olub. XX əsr qadınları isə bu obrazları təqlid ediblər.
Tuşun yeni mərhələsi 1939-cu ildə başlayır
Qadınlar daha davamlı və gözə çarpan məhsullar tələb etməyə başlayır. Tanınmış kosmetika şirkəti Yelena Rubinshteyn suyadavamlı tuş hazırlayır. Hətta çimən zaman doymuş kirpiklər rəngini saxlayırdı. Lakin onların dəhşətli qoxusu var idi və allergiyaya səbəb olurdu.
İxtiraçılar təkcə tərkibin təkmilləşdirilməsi üzərində deyil, həm də dayanmadan yeni applikator variantları axtarırdılar. Qadınlara daha nələr təklif eləmirdilər: alt və üst kipriklər üçün daraq, diş fırçası və mürəkkəb mühəndisli konstruksiyalar qədər növləri var idi. Və yalnız 1958-ci ildə müasir qadınların kosmetikasına silindirli qapağında kiçik təmizləmə fırçası olan kompakt tuşlar daxil olur. 1950, 60, 70-ci illərdə isə frılanan tuş, süni kirpiklər satışa çıxarılır.
Əlbəttə, burjua yenilikləri uzun illər SSRİ qadınlarına gedib çatmır. Hətta ən sadə yığcam tuş qıtlığı yaşanırdı. Kirpikləri kibrit qutusunda, karandaş və vazelin qarışığından hazırlanan əldəqayırma tuş (palçıq formasında) ilə bəzəyirdilər. Onu gözə çəkmək üçün qutuya bir neçə dəfə tüpürmək, bir-birinə yapışan kirpikləri isə iynə ilə ayırmaq lazım gəlirdi. 1960-cı illərdə artıq kosmetika sovet qadınlarının əksəriyyəti üçün maksimum əlçatan idi.
Bu arada Qərbdə seksual inqilab gedirdi və qadınlar yeni-yeni göz makiyajı variantları üzərində düşünürdülər. Modelyer Meri Kuant dəbə mini-ətəkləri, gur və dolaşıq qara kirpikləri dəbə gətirir. Bu makiyajın əsas təbliğatı ilə arıq model Tviqqi məşğul olur. Hətta bu modelin bədənin ən kök bölgəsinin kirpikləri olduğunu irəli sürürdülər. 60-ci illərdə rəngbərəng tuşlar icad edilir. "Revlon" və "Max Factor" onu eyni vaxta buraxırlar. Modapərəstlər göy, yaşıl, yasəmən və qızıl kirpikləri ilə ətrafdakıları heyrətə salırdılar.
Süni kirpiklər
Son onilliyin əsas yenilikləri taxma kirpiklərdir. Onlar çox çəkici görünsə də, tamamilə qeyri-təbiidir. Kosmetoloji brendlər yeni dalğanı tez tuturlar və uzun kirpik effekti yarada biləcək tuş təklif etməyə başlayırlar. Daha çox müştəri cəlb etmək istəyi ona gətirib çıxarır ki, kosmetika şirkətləri reklamda taxma kirpiklərdən istifadə edir. Bu səbəbdən "L'oreal" şirkəti ətrafındakı qalmaqallar uzun müddət səngimək bilmir. Onun sahibləri alıcıları aldatdığına görə, cərimə ödəmək məcburiyyətində qalır. Bu vəziyyət bir daha onu göstərir ki, hətta ən yaxşı brendlər belə mükəmməl deyillər.
Təbii gözəllik dəbi
Yekun olaraq, onu deyə bilərik ki, qüsursuz baxış yaratmaq üçün göz makiyajı və tuş uzun yol qət edib. Xoşbəxtlikdən, qəribə eksperimentlər dövrü artıq keçmişdə qalıb. Onların yerini yeni konsepsiya makiyajı tutur. Hansı ki, göz makiyajının və kirpiklərin təbii gözəlliyini qoruyub saxlayır. Bu tendensiya moda sənayesinə yeni ahəng gətirməklə, ən mükəmməl kosmetik məhsullar hazırlamaq üçün ilham mənbəyi olur. "Christian Dior", "Chanel", "Lancome", "Estee Lauder", "Cosmetics Stabilo Schwan" kimi kosmetika bazarının liderləri kirpikləri qoruyan tuşlar istehsal edirlər.
Tuşun əsas komponentləri adətən: su, piqment boyaları, mum, konservantlar və qidalandırıcı maddələr. Həmçinin kimyəvi maddələr: zülal, keratin, lanolin və melanin ola bilər. Bəzi vasitələr kirpiklərin uzunmasının stimullaşdırmasına, digərləri isə xarici mühitin mənfi təsirindən qorumağa və həcmini artırmağa xidmət edir. Bundan əlavə onların saxlama müddəti xeyli az olsa da, ən azından təhlükəsizdir.
AYTƏN
-
Magazin120:12
Aynişan ən gözəl anlarını belə yaşayır - FOTO
-
Sosial19:25
Prezidentin ad günündə AİLƏ FOTOSU
-
Sosial18:24
Ölkə üzrə dekabr ayının pensiyaları ÖDƏNİLDİ
-
Səhiyyə18:12
Cəlilabadda doğuşdan sonra əkiz körpələr vəfat etdi
-
Sosial17:57
Əli Əsədov qərar imzaladı
-
Dünya17:22
BƏD XƏBƏR: Yeni İl axşamı ZƏLZƏLƏ OLACAQ
-
Maraq dünyası16:42
Alimdən şok açıqlama: Çoxarvadlılığın İslama dəxli yoxdur, ərəb ənənəsidir
-
Yaxın Şərq16:22
Əli hər yerdən üzülən İrandan yeni plan: Görün nə yaratmağı təklif edir