Layihə
Qadınların ən bahalı həzzi - FOTOLAR
Qiymətli daş-qaşlardakı cazibə insanın xəyal gücünü işə salıb onun haqqında düşünməyə, yuxu və rahatlığını itirməyə, hətta insanları onların qarşısında pərəstiş etməyə vadar edir.
Zərgərlik nümunələri incə və ya böyük olmasından asılı olmayaraq, diqqəti cəlb edir...
Ən qiymətli zərgərlik məmulatları bir qayda olaraq, almazdan hazırlanıb. Zinət əşyasının dəyərini onun nə qədər parlaq və nə qədər böyük olması müəyyən edir. Belə ki, onun ölçü və çəkisi artdıqca dəyəri də qalxır. Buna görə də, bahalı daş-qaşlar qadınların ən bahalı həzzi adlanır. Bundan başqa, ən dəyərli zərgərlik məmulatlarının zəngin tarixi onlara olan marağı daha da artırır.
Publika.az-ın "Moda inqilabları" layihəsinin bu sayında oxucuları dünyanın ən bahalı zinət əşyaları ilə tanış etmişik.
1. "Graff Pink" brilyantının dəyəri 46.2 milyon dollardır.
Çəkisi 24,78 karat olan çox nadir çəhrayı brilyantın tarixi haqqında məlumat çox azdır. Brilyantı Amerikanın məşhur zərgəri Harri Uinston şəxsi kolleksiyası üçün əldə edib, sonra isə onu başqa bir kolleksiyaçı və zərgər Lorens Qrafa satıb. O, bu daş üçün külli miqdarda sərvətindən keçməli olmuşdu.
2. Brilyant bikini 30 milyon dollar qiymətinə görə siyahıda ikincidir.
2006-cı ildə supermodel Molli Sims bu heyrətamiz çimərlik paltarında podiuma çıxmışdı. Bikini həmçinin, çəkisi 150 karat olan platindən hazırlanıb. Onun müəllifi isə "Steinmetz Diamonds"in dizayneri Syuzan Rozendir.
3. "Wittelsbach-Graff" brilyantı, 24,3 milyon dollar
Bu heyrətamiz daşın maraqlı tarixi var. Deyilənə görə, hind krallığı Qolkolda tapılan brilyantı ispan kralı IV Filipp öz qızına cehiz hədiyyəsi olaraq alıb. Şayiələrə əsasən, brilyant Qabsburq, daha sonra isə Vittelsbax ailəsinə keçib. 2008-ci ildə onu Lorens Qraff alıb və üç hissəyə bölüb. Nəticədə, mavi brilyantın çəkisi 4 karat olub.
4. Dünyanın ideal çəhrayı brilyantı 23,2 milyon dollarıdır.
Brilyant - bahalı həzdir, rəngli variantları isə daha da bahalıdır. "Perfect Pink" öz adını ideal çəhrayı rənginə görə alıb. Daşın çəkisi 14,23 karatdır, hər iki tərəfinə qoyulmuş brilyant daşların hər biri müvafiq olaraq, 1,73 və 1,67 karatdır. Daşların gözəlliyini daha da vurğulamaq üçün üzüyün çərçivəsi 18 karatlıq çəhrayı və ağ qızıldan düzəldilib.
5. "Okean ürəyi" kulonu 20 milyon dollar dəyərindədir.
Şübhəsiz, bu kulon dünyada ən çox tanınmış zinət əşyalarından biri sayılır. "Okean ürəyi"nin tanınmasında "Titanik" filminin böyük payı olub. Bu kulon filmin əsas qəhrəmanı Rozanın boynunu bəzəyirdi. Yeri gəlmişkən, qeyd edək ki, çəkilişlər zamanı kulonun əsli deyil, imitasiyasından istifadə olunub. 15 karatlıq mavi brilyant tanınmış zərgər Harri Uinstonun əl işidir. Üstəlik, Oskar təqdimetmə mərasiminə taxılmış ən bahalı zinət əşyasıdır. Qeyd etmək lazımdır ki, kulonun surətləri belə, hərraclarda 3,5 milyon dollara satılır.
6. Mavi brilyant daşla işlənmiş üzük "Chopard" istehsalıdır. Onun dəyəri 16,26 milyon dollardır.
Mavi brilyant daş çox nadir hallarda tapılır. "Chopard" istehsalı olan bu üzük isə yaxşıların yaxşısıdır! Oval, mavi rəngli qiymətli daşın çəkisi 9 karatdır. Mavi daşın hər iki tərəfinə iki böyük ağ brilyant qoyulub. Üzüyün çərçivəsi 18 karatlıq ağ qızılla tərtib olunub.
7. "Bvlgari" istehsalı olan mavi brilyant daşlı üzüyün dəyəri 15,7 milyon dollardır.
"Bvlgari" istehsalı olan bu üzük bir neçə xüsusiyyətinə görə nadir sayılır. Birincisi, bu üçbucaqlı daşların biri - mavi brilyant 10.95 karat ağırlığındadır, ikincisi, digər üçbucaqlı brilyant daşın çəkisi 9.87 karatdır. Üçüncüsü, bəzək əşyası dünyanın ən iri zərgərlik şirkəti tərəfindən hazırlanıb. Və nəhayət, Amerika Gemmoloq İnstitutunun hesabatında üzüyün çəkisi, rəngi, saflığı və daşların təmizliyi təsdiq olunub. Onun qiyməti də bu xüsusiyyətlərinə görə müəyyən olunub.
8. Yaqut və brilyant daşlarla işlənmiş boyunbağı "Heart of the Kingdom" adlanır. Onun qiyməti 14 milyon dollardır.
Ən qədim və hörmətli zərgərlik şirkətlərindən biri "Garrard" istehsalı olan boyunbağının dəyəri 14 milyon dollardır. Boyunbağının ortasındakı böyük ürək şəklində olan yaqut onu asanlıqla taca da çevirə bilir. Zinət əşyasının üstündəki brilyantlar 155 karatdır. 40, 63 karatlıq əsl birman yaqutu çox nadir daşlar kateqoriyasına aiddir və İsveçrə sertifikatı ilə təltif olunub.
9. Zümrüd və brilyantlarla işlənmiş tacın qiyməti 12,7 milyon dollardır.
Zümrüd və brilyantlarla işlənmiş tac bir vaxtlar şahzadə Katarina Henkel fon Donnesmarka məxsus olub. Deyirlər, ona qədər tacı o dövrün tanınmış dəb qanunvericisi və Napoleon III Yevgeninin həyat yoldaşı taxıb. Tac mirvari formasında olan 500 karatlıq 11 Kolumbiya zümrüdlərindən ibarətdir.
10. Hersoginya Uollis Simpsonun pantera qolbağı 12,4 milyon dollara satılıb.
Pantera fiquru şəklində qolbaq oniks və brilyant qaşlarla 1952-də məşhur "Cartier" firması tərəfindən hazırlanıb. Bu zinət əşyası zərifliyi və incə zövqü ilə tanınan hersoginya Uollis Simpsona məxsus idi. Hersoginyaya qolbağı taxt-tacdan imtina edən İngiltərə kralı VIII Eduard məhəbbət əlaməti olaraq hədiyyə etmişdi. 2010-ci ildə "Sotheby's" hərracında 19,5 santimetr uzunluğunda olan qolbağı anonim alıcı əldə edib. Anonim alıcı qolbağı əldə etmək üçün onun əsl dəyərindən düz üç dəfə çox pul verməli olmuşdu. Şayiələr gəzir ki, həmin anonim alıcı Uollis və Eduardın böyük məhəbbətindən bəhs edən filmdə çəkilən Madonna olub.
Aytən
-
Magazin120:48
Brilliant Dadaşova 8 martda konsert verəcək - FOTO
-
ABŞ20:36
Ailəyə GÖZLƏNİLMƏZ SÜRPRİZ: bayquş ulduzu yıxıb zirvəyə sahib oldu - FOTO/VİDEO
-
Magazin120:12
Aynişan ən gözəl anlarını belə yaşayır - FOTO
-
Sosial19:25
Prezidentin ad günündə AİLƏ FOTOSU
-
Sosial18:24
Ölkə üzrə dekabr ayının pensiyaları ÖDƏNİLDİ
-
Səhiyyə18:12
Cəlilabadda doğuşdan sonra əkiz körpələr vəfat etdi
-
Sosial17:57
Əli Əsədov qərar imzaladı
-
Dünya17:22
BƏD XƏBƏR: Yeni İl axşamı ZƏLZƏLƏ OLACAQ