Əli Mirəliyev od püskürdü: “Onu efirdən qovmaq lazımdır”
Bizi izləyin

Magazin1

Əli Mirəliyev od püskürdü: “Onu efirdən qovmaq lazımdır”

Müğənni Əli Mirəliyevi yenə də özündən çıxarıblar. Sənətçinin əsəbiləşməsinə səbəb bəzi həmkarlarının klassik mahnıların sözlərini dəyişdirib oxumasıdır.

Publika.az-a açıqlama verən müğənni ad çəkməsə də, ürəyini belə boşaldıb:

“Klassik musiqilərimizi elə günə salıb oxuyurlar ki, cin atına minirəm. Sən kimsən axı, mahnıların sözlərini dəyişdirib oxuyursan? Təsəvvür edin, Üzeyir bəyin “Sənsiz” romansını kefləri istədiyi kimi oxuyurlar. Üzeyir bəy o əsərləri Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayev kimi sənətkarlar üçün yazıb. Müslümdən sonra sən kimsən axı, o musiqiləri oxuyub, pis kökə qoyursan?”

Mirəliyev belə müğənniləri efirə buraxmamağı məsləhət görüb:

“Telekanallar o müğənnilərə qadağa qoymalıdır, efirdən qovmalıdır. Belə olsa, onlar da özlərini yığışdırar”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm