Elza gəlincikləri satışa çıxarılacaq
Bizi izləyin

Magazin1

Elza gəlincikləri satışa çıxarılacaq

Elza gəlincikləri satışa çıxarılacaq.

Publika.az-a açıqlamasında əməkdar artist Elza Seyidcahan özü bu barədə məlumat verib.

Münsif olduğu “Azərbaycanın səsi” musiqi yarışmasına gəlincik obrazında qatılan əməkdar artist bu barədə deyib:

“Bu obrazım tam olaraq Leyla Əhmədovanın ideyasıdır. Leyla xanımla bizim işbirliyimiz bir neçə il bundan əvvəl başlayıb. O vaxt biz “El” jurnalında əməkdaşlıq edirdik. İstedadına bələd idim. Bu işbirliyimiz isə onu mənə kəşf etdirdi”.

Həmin əməkdaşlığın davamı olaraq isə yaxın gələcəkdə Elza gəlinciklərini təqdim edəcəklər:

“Bu obrazımı layihə formasında satışa çıxaracağam. Dünyaca məşhur Barbi gəlincikləri kimi, mən də Elza gəlinciklərinin satışını həyata keçirməyi planlaşdırıram. Təkcə gəlincikdən ibarət olmayacaq. Gəlinciklərin mebeli, servisi, aksesuarları da olacaq. Məni sevənlər gözləsin”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm